Manatla kredit götürənlərə xəbərdarlıq
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda manatla verilən yeni kreditlərin faiz dərəcəsi xarici valyutada olan kreditlərlə müqayisədə xeyli yüksəkdir. 2026-cı ilin sentyabr ayında manatla yeni verilmiş kreditlər üzrə orta çəkili faiz dərəcəsi 18,1%, xarici valyutada isə 5,8% olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik məlumatlarda bildirilir.
Beləliklə, manatla verilən kreditlərin orta faiz dərəcəsi xarici valyutada verilən kreditlərdən 12,3 faiz bəndi çox olub.
Mərkəzi Bankın məlumatına görə, son bir il ərzində hər iki valyutada verilən kreditlər üzrə faizlərdə azalma müşahidə edilib.
Manatla və xarici valyutada verilən kreditlərin faizləri arasındakı fərqə bir sıra amillər təsir edir.
Bunlara inflyasiya gözləntiləri, valyuta riskləri, bankların maliyyələşmə xərcləri və bazardakı tələb daxildir.
Xarici valyutada kreditlərin faizinin aşağı olması onların hər kəs üçün daha sərfəli olması demək deyil. Gəliri manatla olan şəxslər xarici valyutada kredit götürdükdə məzənnə dəyişiklikləri ilə bağlı əlavə risklə üzləşə bilərlər.
Mütəxəssislər kredit seçərkən yalnız faiz dərəcəsinə deyil, ümumi geri ödəniş məbləğinə, kredit müddətinə və əlavə komissiyalara da diqqət yetirməyi tövsiyə edirlər.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı Əkrəm Həsənov deyir ki, buna səbəb milli valyutada verilən vəsaitin maya dəyərinin banklar üçün daha yüksək olmasıdır:
“Baxın, ölkəmizdə milli valyutada qoyulan əmanətlərə illik 12 faiz qədər olan hissəsi sığortalanır. Xarici valyutada isə illik 2.5 illik faizlə qoyulan əmanətlər sığorta edilir. Bu da o deməkdir ki, banklar milli valyutada olan əmanətləri illi 12 faizlə, dollarla olan əmanətləri isə maksimum 2,5 faizlə qəbul edirlər. Yəni banklar xarici valyutada olan əmanətləri daha ucuz qəbul etdikləri üçün, ucuz da kredit verirlər.
Hətta xarici banklardan aşağı faizlə vəsait cəlb edə bilirlər. Amma banklar baha qiymətə manatla vəsait cəlb edirlər. Hətta Milli Bankın uçot dərəcəsi 7 faizdir. Ona görə də milli valyutada verilən kreditlər, xarici valyutada verilən kreditlərdən bir neçə dəfə bahadır”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 Noyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















