Icma.az
close
up
RU
Manato və Azpul qanundan sui istifadə edir Yüzlərlə vətəndaş əlavə borclandırılır FOTO

Manato və Azpul qanundan sui istifadə edir Yüzlərlə vətəndaş əlavə borclandırılır FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Manato", "Azpul" və digər Bank Olmayan Kredit Təşkilatları (BOKT) qanunvericilikdən sui-istifadə edərək vətəndaşları əlavə olaraq borclandırırlar.

Milli.Az-a bununla bağlı yüzlərlə vətəndaş şikayəti daxil olub. 

Ötən il Azərbaycan Mərkəzi Bankı "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"nı təsdiq etdi və həmin qərar ilin əvvəlindən tətbiq olunur. 

Qərara əsasən, BOKT-ların verdiyi gündəlik kreditlərə dair aşağıdakı tələblər müəyyənləşdirilib:

- milli valyutada verilir;

- maksimum məbləği 500 manatdır;

- gündəlik faiz dərəcəsi maksimum 0,3 %-dir;

- qaytarılma müddəti maksimum 45 gündür;

- gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;

- kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır;

- gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;

Bu qərarın təsdiqindən sonra vəziyyətin dəyişəcəyi güman olunsa da, cari vəziyyət qismən dəyişdi, amma vətəndaş hələ də əlavə olaraq borclandırılır. 

Apardığımız araşdırmalar və gələn şikayətlər əsasında məlum oldu ki, indi "Manato" və "AzPul" xidmət haqqı və komissiya haqqı adı altında vətəndaşın üzərinə əlavə borc yükləyirlər.

Belə ki, "AzPul" tərəfindən vətəndaşla bağlanan gündəlik kredit müqaviləsi üzrə xidmət haqqı adı altında 30% əlavə borc yaradılıb. 500 manat kredit götürən şəxs əlavə olaraq 150 manat xidmət haqqı ödəməlidir.

Oxşar hal "Manato" ilə bağlı da baş verir. Manato isə 200 manat kreditə görə 27 manat istifadə haqqı və 55 manat xidmət haqqı adı altında vətəndaşa əlavə borc yaratmış olur.

Mərkəzi Bankın tələbindən sonra sözügedən təşkilatlar əlavə gəlir əldə etmək üçün bu yola əl atıblar. Şikayətlərə əsasən hətta bəzi hallarda sözü gedən təşkilatlar gecikmiş faizlər hesablanan zaman xiddmət haqqına görə də gecikmiş faiz hesablayırlar

Məsələ ilə bağlı Mərkəzi Bankdan Milli.Az-ın sorğusuna cavab olaraq isə bildirildi ki, "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"nın 2.1.5-ci yarımbəndinə əsasən qeyd olunan tələblərlə yanaşı 2.1.5.6-cı yarımbənddə kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmaması müəyyən edilmişdir. Ümumilikdə, Risk Qaydalarında gündəlik kreditlə bağlı tələblərin əsas məqsədi bu kreditlər üzrə borcalanların izafi yüklənməsinin qarşısının alınmasıdır.

"Mərkəzi Bank BOKT-lər tərəfindən normativ hüquqi aktların tələblərinə əməl edilməsi prosesini daimi əsasda nəzarətdə saxlayır və hər hansı bir kənarlaşma müəyyən edildikdə, bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri addımlar atılır.
Mərkəzi Bank tərəfindən 2025-ci ilin may ayında açıqlanmış "Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə" sənədinə əsasən mütəmadi olaraq BOKT-lərin inkişafı istiqamətində müəyyən edilən çağırış və prioritetlər əsasında sahəvi qanunvericiliyə dəyişikliklər qiymətləndirilir.

Vətəndaşlar hər hansı çətinliklə qarşılaşdıqları halda, +994 12 493 50 58 nömrəsi və ya "966 qaynar xətti", eyni zamanda, yazılı qaydada Mərkəzi Bankın poçt ünvanına (AZ1000 və ya AZ1014) göndərməklə, rəsmi internet səhifəsində "onlayn müraciət" bölməsi vasitəsilə, həmçinin Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında ərizə yazmaqla birbaşa müraciət edə bilərlər.

Nəzərinizə çatdırırıq ki, vətəndaşlar Mərkəzi Bankda yerində qəbul üçün Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasına iş günləri hesab edilən bazar ertəsi - cümə axşamı günü saat 09:00-16:00-dək, cümə günü isə 09:00-13:00-dək (nahar fasiləsi 13:00-14:00) yaxınlaşa bilərlər.

Mərkəzi Bankın inzibati binasına gəlməzdən əvvəl Mərkəzi Bankın rəsmi internet səhifəsindəki "Elektron xidmətlər portalı" vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək qəbulda iştirak etmək istədiyiniz günü və vaxtı seçərək onlayn şəkildə növbə əldə edilə bilər".

Asif Mehman
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri