Mançester Siti ardıcıl beşinci dəfə məğlub olub
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə "Mançester Siti" ilə qarşılaşan "Tottenhem" 4:0 hesablı qələbə qazanıb.
"Report" xəbər verir ki, qolları Ceyms Meddison (13 və 20-ci dəqiqə), Pedro Porro (52) və Brennan Conson (90+3) vurub.
Bu, "Mançester Siti"nin ardıcıl 5-ci məğlubiyyəti olub. Komanda bundan əvvəl "Bornmut" (1:2) və "Brayton"a (1:2), Liqa Kubokunda "Tottenhem"ə (1:2) və Çempionlar Liqasında Portuqaliya "Sportinq"inə (1:4) uduzub. Klub bütün oyunlarını səfərdə keçirib.
"Mançester Siti" İngiltərə çempionatının turnir cədvəlində 23 xalla ikinci pillədə qərarlaşıb. “Tottenhem” 19 xalla altıncı pillədədir.
Növbəti turda “Mançester Siti” dekabrın 1-də səfərdə “Liverpul”la qarşılaşacaq. Həmin gün “Tottenhem” “Fulhem”i qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Noyabr 2024 01:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















