Mançester Siti Ayyubu Buaddinin transferi üçün danışıqlarda irəliləyiş əldə edib
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərənin "Mançester Siti" klubu Mərakeş millisinin futbolçusu Ayyubi Buaddinin transferi üçün danışıqlarda irəliləyiş əldə edib. Sport24.az xəbər verir ki, Fransa təmsilçisi "Lill" 18 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro tələb edir.
Tərəflər futbolçunun icarə əsasında göndərilməsi və ilkin razılaşma əldə edilməsi halında transfer məbləğinin azaldılması variantını nəzərdən keçirə bilər.
Gənc oyunçu klubdakı perspektivini "Lill"in prezidenti Olivye Letanqla müzakirə etmək niyyətindədir. Funksioner isə yarımmüdafiəçini heyətdə saxlamaq istəyir.
Xatırladaq ki, ötən mövsüm bütün turnirlərdə 42 oyuna çıxan Ayyubi Buaddinin müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Baxış sayı:177
Bu xəbər 17 İyul 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















