“Mançester Siti“ni maliyyə fırıldaqlarına görə hansı cəza gözləyir?
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Maliyyə qaydalarını pozduğuna görə "Mançester Siti" klubuna qarşı tətbiq olunacaq ən ehtimalolunan sanksiya mövsümün sonunda komandanın İngiltərə Premyer Liqasını (İPL) tərk etməsinə yol açacaq böyük miqdarda xal silinməsi olacaq.
Moderator.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, İngiltərə çempionunu həmçinin ciddi məbləğdə maliyyə cəriməsi də gözləyir.
Daha əvvəl İPL-in müstəqil komissiyası "Mançester Siti"ni maliyyə qaydalarının ciddi şəkildə pozulması ilə bağlı demək olar ki, bütün ittiham bəndləri üzrə təqsirkar saydığını rəsmən təsdiqləyib.
Müstəqil komissiya müəyyən edib ki, 2009-cu ildən 2018-ci ilə qədər olan dövrdə "Mançester Siti" gəlirlərini süni şəkildə şişirtmək və xərclərini azaltmaq üçün bir sıra kommersiya tərəfdaşları ilə saxta müqavilələr bağlayıb, digər sövdələşmələrdə isə real rəqəmləri gizlədib.
Klub auditorlara və futbol tənzimləyicilərinə təhrif olunmuş maliyyə hesabatları təqdim edərək real maliyyə vəziyyətini gizlədib. Bununla da "Mançester Siti" həm Premyer Liqanın, həm də UEFA-nın xərc limitlərini kobud şəkildə pozub. Eyni zamanda, istintaq gedən müddətdə klub liqa ilə əməkdaşlıq etmək və vicdanlı davranmaq öhdəliklərinə də dəfələrlə riayət etməyib.
Qeyd edək ki, "Mançester Siti" cari mövsümün startında keçirdiyi 7 oyunun hamısında qələbə qazanaraq 21 xalla turnir cədvəlinə başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 Oktyabr 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















