“Mançester Yunayted” öz meydançasında “Lids”ə məğlub olub VİDEO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərə Premyer Liqasının 32-ci turunun “Mançester Yunayted” və “Lids Yunayted” komandaları arasında oyunu başa çatıb. Komandalar İngiltərənin Mançester şəhərindəki “Old Trafford” stadionunda qarşılaşıblar.
Qonaqlar 2:1 hesablı qələbəni qeyd ediblər.
Beşinci dəqiqədə “Lids”in hücumçusu Noah Okafor hesabı açıb. Okafor 29-cu dəqiqədə ikinci qolunu vurub. 56-cı dəqiqədə “Yunayted”in müdafiəçisi Lisandro Martinez birbaşa qırmızı vərəqə alıb. Braziliyalı Kazemiro 69-cu dəqiqədə bir cavab qolu vurub.
“Mançester Yunayted” 55 xalla Premyer Liqa turnir cədvəlində üçüncüdür. “Lids” 36 xalla 15-ci yerdədir.
Bu mövzuda digər xəbərlər:“Mançester Yunayted” yoldaşlıq oyununda “Lids”i məğlub edə bilməyib
13 Avqust 2026 01:29
Mançester Yunayted Lids ə qarşı: Mövsümün ilk yoldaşlıq görüşündə qol olmadı
19 İyul 2025 22:42
Mançester Siti Tottenhem ə, Arsenal Lids ə qarşı
23 Avqust 2025 10:40
Çelsi evdə Mançester Yunayted ə məğlub oldu VİDEO
19 Aprel 2026 12:44
Baxış sayı:171
Bu xəbər 14 Aprel 2026 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















