“Mançester Yunayted”dən möhtəşəm layihə üçün vaxt açıqladı FOTO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərənin “Mançester Yunayted” klubu 2025-ci ilin martında 100 min yerlik yeni stadionun planlarını açıqlamışdı. O vaxtdan bəri ictimaiyyətə çox az məlumat verilsə də, iki milyard funt sterlinq (4 milyard 570 milyon AZN) dəyərində olan layihənin icrası pərdəarxasında davam edib.
İdman.Biz xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi təklif olunan yeni stadionun növbəti altı il ərzində açılacağına ümid edir. Bunu stadionun inkişafı üzrə baş icraçı direktor Kollett Roş bildirib.
Klub rəhbərliyi hesab edir ki, lazımi torpaq sahəsi və maliyyə təmin edildikdən sonra arenanın inşası dörd-beş il çəkəcək. Roş israr edir ki, hədəf hər zaman ən geci 2032-2033-cü illər mövsümündən əvvəl stadionun qapılarını açmaq olub.
“Düşünürəm ki, 12 ay əvvəl yeni arena ideyasını irəli sürərkən tikintinin dörd-beş il çəkəcəyini demişdik və bu, doğrudur. Lakin insanlar bunu elə başa düşdülər ki, stadion 2030-cu ilə hazır olacaq. Bildiyiniz kimi, belə mürəkkəb bir idman qurğusunun inşasına hazırlaşmaq üçün bir-iki il vaxt lazımdır. Torpağı əldə etmək, vəsaiti toplamaq və planlaşdırma icazəsi almaq tələb olunur. Hazırda məhz bu hissə ilə məşğuluq. Buna görə də açılış üçün dəqiq tarix açıqlamamışıq, ancaq müəyyən edilmiş vaxt çərçivəsində irəliləyirik”, - deyə Roş qeyd edib.
Yeni arenanın köhnə “Old Trafford”un yerində tikilməsi planlaşdırılsa da, layihə üçün ətrafdakı bəzi ərazilər də tələb olunur. Dəmir yolu yükdaşıma və logistika şirkəti olan “Freightliner” ilə danışıqlar xüsusilə problemli olub. Lakin direktor müsbət danışıqlardan sonra klubun yaxın aylarda bu barədə açıqlama verəcəyinə ümid etdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 25 Mart 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















