Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

PSJ dən darmadağın, Mançester Yunayted dən möhtəşəm geridönüş ÇL

PSJ dən darmadağın, Mançester Yunayted dən möhtəşəm geridönüş ÇL

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turu çərçivəsində daha 6 qarşılaşma başa çatıb.

Redaktor.az xəbər verir ki, gecənin oyunları böyükhesablı qələbələr və dramatik mübarizə ilə yadda qalıb. PSJ İspaniyada "Vilyarreal"ı 6 cavabsız qolla məğlub edib, "Bayern Münxen" Madrid səfərindən 3 xalla qayıdıb. "Mançester Yunayted" isə iki top fərqi ilə geridə olduğu matçda "Roma" üzərində əzmkar qələbə qazanıb. "İnter" və LASK da turu qələbə ilə başa vurublar. Norveçdə keçirilən "Budö-Qlimt" – "Lill" görüşündə isə qalib müəyyənləşməyib.

PSJ İspaniyada "Vilyarreal"ı darmadağın etdi – 0:6

Gecənin ən böyükhesablı nəticəsi İspaniyada qeydə alınıb. Fransa təmsilçisi PSJ səfərdə "Vilyarreal"la qarşılaşıb və rəqibini 6:0 hesabı ilə məğlub edib.

Paris klubu oyuna olduqca sürətli başlayıb. Artıq 9-cu dəqiqədə Joao Neveş hesabı açıb. Cəmi 3 dəqiqə sonra Dezire Due fərqi artırıb. 13-cü dəqiqədə Senni Mayulu üçüncü qolu vurub, 17-ci dəqiqədə isə Fabian Ruiz hesabı 4:0-a çatdırıb.

İkinci hissədə də üstünlüyünü davam etdirən PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz 50-ci dəqiqədə özünün ikinci, komandasının beşinci qolunu vurub. Görüşdə son nöqtəni isə 78-ci dəqiqədə David Boly qoyub.

Beləliklə, PSJ səfərdə 6:0 hesablı qələbə qazanmaqla liqa mərhələsində ardıcıl dördüncü qələbəsini əldə edib və xallarını 12-yə çatdırıb.

"Bayern Münxen" Madriddə "Atletiko"nu məğlub etdi – 0:2

Gecənin diqqətçəkən qarşılaşmalarından biri Madriddə, "Metropolitano" stadionunda baş tutub. "Atletiko Madrid" doğma meydanda Almaniya nəhəngi "Bayern Münxen"i qəbul edib.

Görüşün ilk hissəsində tərəflər fərqlənə bilməyiblər. Lakin fasilədən sonra təşəbbüsü ələ alan Münxen təmsilçisi 54-cü dəqiqədə Lennart Karlın qolu ilə hesabı açıb.

Qonaqlar 74-cü dəqiqədə Konrad Laymerin dəqiq zərbəsi ilə üstünlüklərini iki topa çatdırıblar. Qarşılaşma "Bayern Münxen"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Almaniya klubu xallarını 8-ə yüksəldib. "Atletiko Madrid" isə 4 xalla qalıb.

"Mançester Yunayted"dən möhtəşəm geridönüş – 3:2

Gecənin ən dramatik qarşılaşmalarından biri "Old Trafford" stadionunda yaşanıb. "Mançester Yunayted" İtaliya təmsilçisi "Roma" ilə görüşdə iki top fərqi ilə geriyə düşsə də, yekunda əzmkar qələbəyə sevinib.

Matçın 11-ci dəqiqəsində Matias Sule "Roma"nı hesabda önə keçirib. 18-ci dəqiqədə Donyell Malen penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb. Beləliklə, İngiltərə təmsilçisi ilk hissəni 0:2 hesabı ilə geridə başa vurub.

İkinci hissədə oyunun gedişini dəyişməyi bacaran "Mançester Yunayted" 58-ci dəqiqədə Bruno Fernandeşin penalti qolu ilə fərqi azaldıb.

Görüşün sonlarına yaxın isə Mateus Kunya ön plana çıxıb. O, 83-cü və 86-cı dəqiqələrdə rəqib qapısına yol taparaq dubl edib və komandasına 3:2 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, Kunya matçın əlavə vaxtında ikinci sarı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, onun qolları "Mançester Yunayted"in vacib 3 xal qazanmasına kifayət edib. Bu qələbə ilə İngiltərə klubu xallarını 6-ya çatdırıb.

LASK doğma meydanda "Slovan"ı darmadağın etdi – 4:0

Avstriya təmsilçisi LASK doğma meydanda Bratislava "Slovan"ını qəbul edib. Meydan sahibləri qarşılaşma boyunca üstün oyun nümayiş etdirərək rəqibini 4:0 hesabı ilə məğlub ediblər.

Yorgensen 19-cu və 37-ci dəqiqələrdə fərqlənərək dubl edib. İlk hissənin sonlarında, 44-cü dəqiqədə Lyubiciç hesab arasındakı fərqi üç topa çatdırıb. İkinci hissənin 48-ci dəqiqəsində isə Adeniran yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə ilə LASK xallarını 6-ya yüksəldib. "Slovan" isə dörd turdan sonra hələ də xal qazana bilməyib.

"İnter" Niderland səfərində 3 xalı 3 qolla qazandı – 0:3

İtaliya təmsilçisi "İnter" Niderlandda "Feyenoord"un qonağı olub. Milan klubu səfərdə inamlı oyun nümayiş etdirərək rəqibini 3:0 hesabı ilə məğlub edib.

Qonaqlar 8-ci dəqiqədə Bissekin qolu ilə hesabı açıblar. 34-cü dəqiqədə Françesko Espozito fərqi iki topa çatdırıb. İkinci hissənin 54-cü dəqiqəsində Pyotr Zelinski üçüncü qolu vuraraq komandasının qələbəsini rəsmiləşdirib.

Bu nəticədən sonra "İnter" xallarını 6-ya yüksəldib. "Feyenoord" isə 3 xalla qalıb.

"Budö-Qlimt" və "Lill" qolsuz heç-heçə etdi – 0:0

Norveçdə keçirilən "Budö-Qlimt" – "Lill" qarşılaşmasında qalib müəyyənləşməyib.

Tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq, komandalar görüş ərzində fərqlənə bilməyiblər. Beləliklə, oyun qolsuz heç-heçə ilə yekunlaşıb və hər iki komanda aktivinə bir xal yazdırıb.

Bu nəticədən sonra "Budö-Qlimt"in xalı 4-ə, "Lill"in xalı isə 1-ə yüksəlib.

Komandaların turnir cədvəlindəki vəziyyəti

Dördüncü turun bu qarşılaşmalarından sonra PSJ 12 xalla liderliyini davam etdirir. "Bayern Münxen" 8 xalla irəliləyir. "Mançester Yunayted", LASK və "İnter" isə 6 xalla turnir cədvəlində mövqelərini yaxşılaşdırıblar.

Turan ASLAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2026 02:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri