“Mançester Yunayted”in əfsanəsi futbol viktorinasının aparıcısı olacaq
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Yunayted” və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi BBC-nin “Can You Beat Wayne Rooney?” adlı yeni futbol viktorinasının aparıcısı olacaq.
İdman.Biz xəbər verir ki, yeni şou çərçivəsində tanınmış qonaqlar sabiq hücumçunun futbol biliklərini və yaddaşını yoxlayacaqlar.
Son vaxtlar Runi televiziya ekranlarında mütəmadi olaraq futbol eksperti və analitiki kimi çıxış edir. İndi isə o, özünü başqa formatda sınayacaq.
“Bir sual səni dərhal soyunub-geyinmə otağına, matça və ya illərdir xatırlamadığın bir ana qaytara bilər. Bizim çoxlu əla qonaqlarımız, gülüş üçün bol səbəbimiz və gözəl futbol söhbətlərimiz olacaq”, - deyə Runi bildirib.
Proqramın həmaparıcısı britaniyalı komediya aktyoru Aleks Bruker olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 19 Sentyabr 2026 07:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















