Mandat bölgüsü: Paşinyan 64, müxalifət 41 kürsü qazanır
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Ermənistanda parlament seçkilərindən sonra səslərin hesablanması davam edir.
Modern.az Ermənistan Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, 98% səslərin toplanmasından sonra Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,82%-ni toplayıb.
Son mənzərəyə görə, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə parlamentdə 64, "Güclü Ermənistan" Partiyası 29, "Ermənistan" Bloku isə 12 kürsüyə (mandata) sahib olacaq.
Ermənistan Respublikasının Konstitusiyasına əsasən, Baş nazirin seçilməsi, Nazirlər Kabinetinin (hökumətin) tərkibinin təsdiqlənməsi, eləcə də adi qanunların qəbul edilməsi üçün adi çoxluq (deputatlarının ümumi sayının 50%-i + bir səs) kifayətdir.
Beləliklə, Nikol Paşinyanın partiyası növbəti dəfə təkbaşına hökuməti formalaşdırmaq şansı əldə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 08 İyun 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















