“Ermənistana yeni müxalifət lazımdır” Paşinyan
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yeni, dövlətyönümlü müxalifətin formalaşmasına ehtiyac olduğunu bəyan edib.
“Qafqazinfo” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə o, Ermənistanın bir sıra icmalarında keçirilən bələdiyyə seçkilərinin nəticələrini canlı efirdə şərh edərkən bildirib.
Paşinyan bir sıra icmalarda toplanan 80-90 faizdən çox səslərin onu sevindirmədiyini diqqətə çatdırıb:
“İlk baxışda bu nəticələr xoş görünsə də, müəyyən mənfi assosiasiyalar yaradır. Bu gün yeni problemlər ortaya çıxıb. Birincisi, elə etmək lazımdır ki, seçki nəticələri avtoritarizm və diktatura təəssüratı yaratmasın. İkincisi, ictimai nəzarətin obyektiv mexanizminin fəaliyyətini təmin etməkdir. Üçüncüsü isə Ermənistanda yalnız öz seçiciləri və vətəndaşları tərəfindən idarə olunan, dövlətyönümlü, intellektual, obyektiv və dürüst müxalifətin formalaşmasına nail olmaqdır. Bunlar üzərində düşünməli olduğumuz məsələlərdir”.
Xatırladaq ki, ötən gün Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Oktyabrın 24-də isə Artik, Martuni və Yeğeqnadzorda bələdiyyə seçkilərində iştirak edən bir neçə müxalifətçinin saxlanıldığı barədə məlumat verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Oktyabr 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















