Icma.az
close
up
RU
Maqsud İbrahimbəyov yaradıcılığında Bakı və adət ənənələrimiz Maqsud İbrahimbəyov 90

Maqsud İbrahimbəyov yaradıcılığında Bakı və adət ənənələrimiz Maqsud İbrahimbəyov 90

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən, Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bədii ədəbiyyatda elə əsərlər var ki, onları oxuduqca hər hansı biir xalqın adət-ənənəsi, yaşayış tərzi, yaşadığı yerin təbiəti haqqında geniş məlumat əldə etmək mümkündür. Belə bədii əsər müəlliflərindən biri də bu il 90 illik yubileyi qeyd olunan Xalq yazıçısı Maqsud İbrahimbəyovdur. Yazıçının hekayələri, povestləri əsasında çəkilmiş filmlərin hər birində doğulub boya-başa çatdığı Bakının, şəhər sakinlərinin həyat tərzi, adət-ənənələri, neft buruqlarının, Abşeron bağlarının təsviri geniş yer almışdır.

Sevə-sevə izlədiyimiz “Müharibənin 1001 gecəsi” əsərinin əsasında çəkilmiş “Bizim Cəbiş müəllim”; “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə” və digər onlarla filmin ssenari müəllifi olan Maqsud İbrahimbəyovun demək olar ki, əksər əsərlərində yaşadığı dövrün ab-havası, məişəti, əxlaqı öz əksini tapmışdır.

Povest və hekayələrinin bir qismində baş verən hadisələr zəmnində Bakı şəhəri haqqında düşüncələr yer almışdır. Ədibin əsər qəhrəmanları ya həmin mühitdə böyümüş, ya da illər sonra buradakı həyatı xatirələrində yaşadırlar. Muharibə, repressiya, adi məişət fonunda yazdığı əsərlərində ədib Bakının keçmişini xatırayır.

Böyük-kiçik münasibətlərinə diqqət yetirilən,insanların qarşılıqlı münasibətindən bəhs edən “Ondan yaxşı qardaş yox idi” povestində Böyük Vətən müharibəsindən əvvəlki paytaxtımızdakı həyat belə təsvir olunur:”...O vaxt Bakıda indikindən qat-qat az camaat vardı, hamı da bir-birini tanıyırdı. Adamlar küçədə qabaq-qabağa gələndə mütləq salamlaşırdılar, özü də əvvəl kiçik salam verirdi. Hamı bir-birinə hörmət eləyirdi, doğrudur, hərdən azğınlaşanlar da olurdu, ancaq belə şeylər az-az idi. İndiki küçə ilə o vaxtın küçəsini heç müqayisə etmək olmazdı”.

Əlbəttə ki, Bakıdan bəhs edən yazıçı Abşeron bağlarını da təsvir etməkdən yan keçə bilməzdi. Maqsuq İbrahimbəyovun əsərlərində Xəzər sahilindəki bağların təsviri verilən hissələr oxucuda burada bitən ağaclar, qızmar olmasına baxmayaraq üzərində ayaqyalın gəzilən qumun faydası haqqında xüsusi təsəvvür yaradır. Əsərlərindən nümunələrə nəzər salaq. Ədəbi qəhrəmanlarından olan Cəlil müəllimin bağı belə təsvir ounur:

“... Bu həyət Abşeronun dəniz səmtlərində salınmış üzümlü, əncirli, hələ üstəlik çalışqan və səriştəli “torpaq sahibləri”nin nar və qara tut da əkdikləri bağlardan biridir”.

“Timkayla bizim neftimiz” hekayəsində isə Abşeron bağlarının özəllikləri belə verilir: “Yaxşı bağımız var. Mənə elə gəlir ki, ən yaxşı bağ elə bizimkidir. Çünki digər bağlarla müqayisədə dənizə çox yaxındır. Külək dənizdən əsəndə sahilə çırpınan dalğaların səsini, qağayıların çığırtısını eşitmək olur. Səhər tezdən evin damından baxanda ağ yelkənli balıqçı qayıqlarının dənizə cıxdıqlarını görmək olur. Evimizin qabağında 2 dənə tut ağacı var... Bağımızda 2 nar, 4 əncir ağacı da var. Amma əsas üzüm tənəyidir. Bağda üzüm tənəyi çoxdur... Bir sözlə, bağımıza söz ola bilməz”. Digər bir əsərində isə həmin bağların bir başqa fəsildəki təsviri belə verilir: “Bura adi Bakı bağlarından birinin həyətidir - qumun üstünə sərilmiş üzüm tənəkləri, su quyusu, ilin bu fəslində hələ çılpaq olan bir neçə əncir və nar ağacı gözə dəyir. Ağarmaqda olan dan yerinin alatoranında bağın əlli-altmış metrliyindən başlayaraq dənizin hamar, dalğasız səthi, kimsəsiz qumlu sahilləri zorla sezilir”.

Budur,artıq oxcunun gözü önündə Bakı bağlarına xas xüsusiyyətlər, burada bitən müxtəlif meyvə ağacları canlanır, müxtəlif düşüncələr, hisslər yaranır. Ədibin İstər kiçik, istərsə də iri həcmli əsərlərində belə nümunələr çoxdur.

Maqsud İbrahimbəyovun yaradıcılığında adət-ənənələrimizə bağlılığını əks etdirən nümunələr də az deyil. Bu baxımdan “Həyat qoxusu” adlı hekayəsi diqqəti cəlb edir. Əsərdə Novruz bayramı adət-ənənələri gözəl bir tərzdə, bütün incəlikləri ilə təsvir edilmişdir. Maraqlıdır ki, hekayədə tamamilə başqa bir mövzudan - xəstəlik diaqnozunun səhv qoyulmasından və buna baş qəhrəmanın yanaşma tərzidən danışılır. Göndərildiyi yerdə təsadufən həkimin olmaması, başqa təkrar müayinədən keçərək yüngül xəstəliyin aşkar edilməsi baş qəhrəmanın əhvali-ruhiyyəsini tamamilə dəyişdirir. Müəllifin “Həyat qoxusu” adlanan bu əsərinin əvvəlində Novruz bayramı ərəfəsində evdən gələn gözəl qoxu - şirniyyat hazırlamaq uçün lazım olan ədviyyatların ətrinin gəlməsi hec də təsadüfi deyildir. Axı Novruz bayramı da insanlara yeni həyat ab-havası yaşadır.Bayrama əvvəlcədən hazırlıq isə əsərdə belə verilir:

“- Bu nə qoxudur?

- Darçın, hind qozu, mixək, bir az da vanil. 3 gündən sonra Novruz bayramıdır. Xəmir saat beş üçün acıyıb. O vaxtdan işləyirik”.

Daha sonra əsərdə paxlavanın, şəkərburanın, səməni halvasının hazırlanması, xoruz döyüşdürülməsi və s. haqqında da danışılır.

Həmin əsərdə qəhrəmanın bayram ilə bağlı xatirələri isə belə verilir “Ənvər uşaqlıqda Novruz bayramına hazırlıqların ona sirli bir aləm kimi gəldiyini xatırladı. Bu bayram onun düşüncəsində ədviyyatların ətri, xüsusi qablarda göyərdilmiş bahar təravətli səməni, rənglənmiş yumurtalar, şirniyyat dolu sinilərin ətrafında yanan rəngbərəng şamlarla qalmışdı”. Bəli, balaca bir hekayədə Ənvər adlı qəhrəmanın başına gələnlərlə yanaşı Novruz bayramı haqqında məlumat verməsi və bunu baş qəhrəmanın yaşamaq eşqi ilə əlaqələndirməsi yazıçının böyüklüyünü və hər bir məsələyə həssas yanaşdığının sübutudur.

Sözsüz ki, bütün qeyd edilənlər harada yaşamasından asılı olmayaraq Maqsud İbrahimbəyovun Vətənə bağlılığından, milli ənənələrə sadiqliyindən irəli gəlirdi. Elə bu səbəbdən də ədibin əsərləri bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Heç təsadüfi deyi ki, ədibin ssenariləri əsasında çəkilmiş filmlər hələ də maraqla baxılır. Məktəb dərsliyinə salınan “Püstə ağacı” hekayəsi isə şagirdlərin sevimli əsərlərindən birinə çevrilib. Azərbaycan Yazıçılar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin sözləri ilə desək:“M. İbrahimbəyovun əsərləri bütün nəsillər tərəfindən sevilir, qəhrəmanlarının hər birinin koloriti və yaddaqalan xarakteri ilə diqqəti cəlb edir. Bizim nəsil onun nəsrinin ab-havasına köklənər, qələmindən çıxan yazıları böyük həvəslə gözləyər, kitablarını maraqla oxuyardı. O, bütöv bir nəslin ədəbi siması olmaqla yanaşı, həm də əbədi oxunacaq bir yazıçıdır”.

Səadət Seyidova

Suraxanı rayonu S. Abdulayev adına 290 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

İstifadə etdiyim ədəbiyyat:

1.Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı;

2.Maqsud İbrahimbəyov “Seçilmiş əsərləri” I cild, Bakı-2007;

3.Mirzə İbrahimbəyov “Seçilmiş əsərləri” II cild. Bakı-2007

4.https://royallib.com/read/ibragimbekov_maksud/zapah_gizni.html#0 (rus dilində) M. Ибрагимбеков «Запах жизни» əsəri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see140

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see137

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see128

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see126

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see126

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see123

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see121

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see120

Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

05 Sentyabr 2025 07:02see120

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see120

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see119

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see119

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see119

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see116

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see116

Bayden yenə xərçəngdən əməliyyat olundu

05 Sentyabr 2025 05:33see114

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri