Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

İbrahimbəyov fraqmentləri Maqsud İbrahimbəyov 90

İbrahimbəyov fraqmentləri Maqsud İbrahimbəyov 90

525.az saytına istinadən Icma.az xəbər verir.

Südabə AĞABALAYEVA

"Povestvovanie est nekoe deystvie, a literaturnoe povestvovanie - deystvie, vıpolnennoe masterski, iskusno" - sonralar da mən bu cümləni azərbaycanca düşünmədim və bəlkə də ona görə belə oldu ki, tələbəlikdə oxuduğum Kuba yazıçısının anasının Bakıdan olduğunu biləndə, hələ dünyanın qəribə işlərinə heyrətləndiyim vaxtlardı, üstəlik də, formalaşmamış qənaətimdə tutqun işartı kimi dolaşan bu fikir heyrətimin (gör ha, dünyada tanınmış yazıçının fikirlərinə yaxın düşünmək də olarmış!) bir bucağına daxil idi; heyrətin tərcüməyə yata biləcəyinə o vaxt da inanmırdım. Amma iş bunda deyil; Alexo Karpentyerin yuxarıdakı fikrini Maqsud İbrahimbəyovun rusdilli mətbuatda oxuduğum publisist yazıları sonralar dönə-dönə mənə xatırladırdı və yazıçılıqla publisistika arasında kəskin sədd qoymaq cəhdlərinin məhz "deystvie - vıpolnennoe masterski..." olmayanda ayaq aldığına bir daha inandırırdı.

Bu gün publisistikanın mahiyyətini dərk etməməkdən gələn yanaşma və münasibətin, "kütləvi istifadəçinin" iddiaları fonunda, bu ifadənin çəkisini  məhz Yazıçı Publisistikasında seçilən Ritm, Ləngər dəqiq ifadə edir. Məhz Ritm və Ləngər publisistikaya ögey münasibəti rədd edir, ədəbiyyat - jurnalistika sərhədlərini, şəffaf olmasa da, hikkəli xüsusiyyətçilik ədasından uzaq, tül pərdə zərifliyində təqdim edir. Bir az da Azərbaycana aid olan həmin o Kuba yazıçısının "Mı iskali i naşli sebya" kitabını təkrar vərəqləyəndə, Maqsud İbrahimbəyovun üç dildə nəşr olunmuş "Fraqmentlər" kitabını yenidən xatırladım. Və yenə də həmin o fikir yaddaşımda dolaşdı. Yenə də Ritmin, Ləngərin yerini gördüm. "Fraqmentlər" - Azərbaycan publisistikasına xüsusi çalar, intibah humanizmi, nəcib prinsipiallıq tonu verən, Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaqda "beşinci mikrofon" statusunda çıxış edən bu kitab -Maqsud İbrahimbəyov adlı bir Azərbaycan ziyalısının, əsilzadəsinin Əsrdaşı İnsanla və Sabahla söhbətidir.

Bu söhbət uzun, ağır yolun yolçuluğundan sonra təmkinli zəvvarın təəssüratlarını bölüşməsi, yaşadıqları, gördükləri ilə bağlı düşüncələridir; özünün keçdiyi yolları keçəcək nəsillərə tanıtmaq cəhdidir.

"Azərbaycanın ən müasir tarixinin gerçək fraqmentləri" - onun publisistikasını müasirləri belə qiymətləndirirlər.

Yaradıcı natura kimi Maqsud İbrahimbəyov üçün insan azadlığı  anlayışı çox vacibdir və bu, yalnız düşüncə azadlığı ilə məhdudlaşmır, buraya hüquq azadlığı da daxildir. "İstənilən insan özünün şəxsi fikrini savadlı şəkildə ifadə edirsə, onunla hesablaşmaq gərəkdir. Əgər dediklərinə etiraz edirsənsə, yalnız məntiq və faktlara əsaslanmalısan, daha razılaşmadığına görə nifrinlər və təhqirlər yağdıraraq üzərinə hücuma keçməli deyilsən" (Sitatlar M.İbrahimbəyovun eyni adlı kitabından götürülüb; "Fraqmentlər - 3 dildə" Bakı-2005."Səda" nəşriyyatı).

Onun publisistikasında "mənəmlik" mərəzinin simptomları görünmür.

Yazıçının müsahibə və məqalələrində yalançı vətənpərvərlik tonu, "bu məqamda məhz heysiyyətinə toxunulmuş çoxluğun xoşuna gəlmək lazımdır, sonrası düzələr" - düşüncəsi yoxdur, onu düzgün başa düşməzlər nigaranlığı deyil, necə ağır və acı olsa da, həqiqət həmişə və hər yerdə öndə olmalıdır - prinsipi var. "Prezidenti tərif etmək ədəbsizlikdir, hətta ondan bir elə asılı olmayan, sərbəst vətəndaşçün də yaxşı deyil - adamın qulağını dəlir"... Yaxud "Azadlıq və müstəqilliyi heç bir kənar amil olmadan özümüzün əldə etməyimiz barədə odlu - alovlu mühakimələr, olsa-olsa, bu mühakimələrin müəllifləri tərəfindən uydurulmuş təsərrüfat hesablı, çox mənfəətli bir dastandır... "Yeltsin və komandası" əsas məqsədlərini - Sovet İttifaqını dağıtmaq planlarını həyata keçirərək hamını birdən xoşbəxt etmişdilər. "Çoxsaylı mitinq və görüşlərdən sonra axşamlar Şaxray və Starovoytova Bonnerin mənzilinə toplaşıb gerblərin və bayraqların layihələrini çəkir və hazır olduqca, yenicə yapılmış müstəqil dövlətlərin paytaxtlarındakı rezidentlərinə göndərirdilər..." (s.56)

Maqsud İbrahimbəyovun publisistik qələminə xas olan yüksək humanizmlə yanaşı, nəzakətli və eyni zamanda, son dərəcə kəskin tonu, el arasında deyildiyi kimi, adamın yeddi qatından keçən, çılpaq həqiqəti ifadə edən yazı tərzi, kəskinliyin içində güclü və zərif yumor onun publisistikasında da orijinallığı təmin edən yazıçı və yazı mədəniyyətinin elementləridir. Onun kifayət qədər qibtəolunacaq nüfuzu və dairəsi, dünyagörüşü, mütaliə zənginliyi, istedadlı qələmi, İbrahimbəyovun publisistik yazılarının SSRİ-də kifayət qədər nüfuzlu "Drujba narodov" jurnalında dərc olunmasına imkan verirdi. 1989-cu ilin oktyabrında bu ədəbi orqanda dərc olunmuş "Sabah gec olacaq" məqaləsi - birmənalı qarşılanmayan bu narahat və nigaranlıq dolu xəbərdaredici müraciət - azərbaycanlı ziyalının mövqeyini bəyan edirdi. Elə buradaca qeyd etmək lazım gəlir ki, tarixin gərgin məqamlarında eşidilməmək publisistikanın məğlubiyyəti, zəifliyi, kəsərsizliyi haqqında tələsik nəticələrə gətirməməlidir. Burada "ağıllı adam bəlanı, müdrik adamsa, bəlanı törədən səbəbləri aradan qaldırandır" məsəli yada düşür. Azərbaycan yazıçı publisistiksının yaxşı nümunələrindən olan Maqsud İbrahimbəyovun publisistikası müdriklik mövqeyinə yaxınlığı ilə fərqlənsə də, bu da faktdır ki, bu qiymətli keyfiyyət də zamanının yox, Zamanın qiymətləndirdiyi dəyərlərin sırasındadır. Ədəbi-bədii mübarizə ictimai-siyasi mübarizənin tərkib hissəsi ola bilirdimi, yaxud bu mübarizəyə nə dərəcədə kömək edirdi? Birmənalı şəkildə və qətiyyətlə demək olar ki, Azərbaycan publisistikasının daha geniş və tələb olunan qolu - yazıçı publisistikası bu cavabın nikbin notlarını təmin edir. Bu, yalnız ayrı-ayrı yazıçıların ədəbi-bədii yaradıcılıq səhifəsi olmaqla qalmayıb, həm də ictimai fikir tariximizin, mübarizəmizin "uzaqvuran topu" ola bilib.

Maqsud İbrahimbəyovun publisistik yaradıcılığında epistolyar (məktub) formanın uğuru xüsusilə diqqəti cəlb edir. Onun belə bir nümunəsi olan "Norveç səfirinin bəyanatı ilə bağlı bir neçə qeyd" açıq məktubu xüsusi maraq doğurur. Hər şeydən əvvəl, məktubdakı yüksək mədəniyyətdən xəbər verən faktlarla işləmək səriştəsi və bizim günlərimiz üçün heç də xarakterik olmayan kübar ifadə tərzi (bu sarıdan kasadlığımız yalnız təəssüf doğurur) ilə sarkazmın (məhz belə!) etiraza yer qoymayan səriştəli uyarlığını qeyd etmək lazım gəlir. 2003-cü ilin 16 oktyabr hadisələri ilə bağlı Norveçin ölkəmizdəki səfiri Steynar Gilin rusdilli mətbuatda dərc olunmuş mülahizələrinə cavab olaraq yazılmış bu məktub, əslində, bir səfirə deyil, Azərbaycanın daxili işlərinə müdaxiləni və diktəni özlərinə rəva bilən təsisatlara müstəqil ölkənin vətəndaşının heysiyyətini və qanunlara hörmət hissini qoruyan ziyalının - yazıçının ismarışıdır.

"Sizə deməliyəm ki, son illər Azərbaycanda bədxah bir ənənə yaranıb: başqa ölkələrdən təşrif gətirən bəzi rəsmi şəxslər - bizim müşahidələrimizə görə, bu dərəcədə yüksək missiyanı yerinə yetirmək üçün mənəvi-əxlaqi keyfiyyətlərdən xali olan kəslər radikal müxalifətlə münasibətləri necə qurmalı olduğumuzu təkidlə, sanksiyalarla hədələyərək bizə öyrətməyə girişirlər" (səh. 41).

Eyni təmkinlə, "Harpun atan güclü toplarla silahlanmış Norveç gəmiləri ziyansız və müdafiəsiz balinaları amansızlıqla, vəhşicəsinə məhv edirlər. Bununla da beynəlxalq qanunlara qətiyyən məhəl qoymadıqlarını göstərir, həmçinin, BMT və Avropa İttifaqının üzvləri olan ölkələrin humanizmə çağıran müraciətlərinə sayğısızlıq nümayiş etdirirlər" (səh 46) - deyə davam edir və diplomatiyanın nəzakət tonu çərçivəsindən sonra, göndərildiyi ölkənin daxili işlərinə burun soxmağın əcnəbi səfirin nəzakətsizliyi kimi qəbul edildiyini xatırladır. Burada bir məqam xüsusi vurğulanmalıdır: Maqsud İbrahimbəyovun yazıçı nigaranlığı yalnız Azərbaycanla bağlı deyil.

"Ehkam həqiqətlərin özündən müştəbeh, standart beyinli təbliğçiləri, müsahibini adam balası kimi dinləməyi bacarmayan və heç dinləmək də istəməyən kəslər başa düşmürlər ki, Qafqazda ədalətli sülh bərpa edilməyincə, Avropada da davamlı sülh ola bilməz..." (səh. 19).

Zamanın bu həqiqəti təsdiq etməsini gözləmək çox uzun çəkmədi; Avropanın "oyanması" baş verdi və bu məqam bir də bu fikri yada salır ki, publisistikanın missiyası, əhəmiyyəti yazıldığı zamandan daha çox, tarixin yaddaş dərsləri ərazisindədir.

Yazıçının müsahibələri ("Pəncərələri Avropa prospektinə açılan ev", "Mühüm mövzu ətrafında bəzi düşüncələr", "Komplimentlər demək zamanı deyil") Azərbaycan - beynəlxalq institutlar münasibətlərini təhlil edən yazıçının siyasətlə bağlı düşüncələri, dünyanın siyasi - iqtisadi - maliyyə mənzərəsində ölkəsinin yeri və mövqeyi ilə bağlı mülahizələri, bu mülahizələrdə güclü məntiq və reallığı heç bir halda unutmamaq, uzaqgörənlik, dərin zəka məziyyətləri ilə limhəlim doludur.

Maqsud İbrahimbəyovun müsahibələri üçün xarakterik olan bu publisist amansızlıq "vəzifə və status", "özgə - özününkü" bölgüsü tanımır. Bu amansızlıq içərisində daha çox ağrısı ilə seçilən fantasmaqoriya haqqında danışmamaq onun publisistikasının mənzərəsinin tamamlanmaması demək olardı. 

"Olmuş əhvalatlarla real adamların və qeyri adamların davranışının qarşılıqlı münasibətləri nəticəsində yaranmış" fantasmaqoriya, əslində, Azərbaycanın ən yaxın tarixinin hekayətidir. Bu tarixdə qazandıqlarımızdan çox itirdiklərimiz var. Bunlar o itkilərdir ki, yerini doldurmaq üçün hələ çox illər gərək olacaq. Yox, bu, itirilmiş torpaqlar deyil, bu, dağıdılmış infrastruktur, qırılmış xarici əlaqələr deyil. Onları qaytarmaq, bərpa etmək asandır, əslində. Bu illərdə yaşadığımız ən ağır itkimiz - insanların içərisində öldürülən inamdı; əqidəni vasitə yox, məqsəd, ideal bilən insanların qəlbini alt-üst edən, mübarizə ruhuna və inamına vurulan zərbədi. "1992-ci il ölkəmizin tarixində həmişəlik olaraq itkilər və alçalmalar rəmzi, xəyanət və rəzalət simvolu kim qalacaq" - Maqsud İbrahimbəyovun qələmi və yaddaşı bu dövrü belə təqdim edir.

Yazıçının "Çəyirtkə mövsümü" adlandırdığı bu dövrdə siyasi səhvləri kifayət qədər çox olan Azərbaycanın reallıqlarını qələmə almağın ona nə qədər ağır olduğunu hiss etmək üçün çox da həssas olmaq tələb olunmur. Nə yazıq ki, bu da bizim tariximizdir və bu sətirləri oxuyan oxucu da o dövrdə bütün bunların şahidi olmuş insanlardan az təəssüf və xacələt hissi keçirmir: "Elementar məntiq və sağlam düşüncə baxımından qəribə bir siyasi xuliqanlıq təsiri bağışlayan addım" - MDB-yə daxil olmaqdan imtina Ermənistanın mənafeləri və maraqları sarıdan son dərəcə səmərəli oldu, tələ qapandı" (səh. 75).

...Elə məsələlər və münasibətlər də var ki, onları səriştəsizliyin ayağına yazmaq olmur, istəsən də olmur... "Təsəvvür edirsənmi, bir dəstə coşmuş cəbhəçi Konservatoriya rektorunun kabinetinə soxularaq, Bax, Bethoven, Qriq, Çaykovski və bir sıra digər bəstəkarların - böyük bir siyahı varmış əllərində - əsərlərini tədris proqramından çıxarmağı tələb edirlər,.. bu dəliqanlı "xunbenvin demokratlar" üçün siyahını kimsə hazırlayıb" (səh. 80-81). Bax, bunun adı səriştəsizlik deyil, bu, başqa cür səslənir...

Amma doğrudanmı bu utanc Azərbaycan müxalifətinin adına yazılır? Qətiyyən. "Mən "müxalifət" deyəndə yad təsirlərdən azad ziyalı insanları, dövlətçilik şüuruna malik adamları nəzərdə tuturam. O müxalifəti nəzərdə tuturam ki, məqsədi qanuni iqtidarla daimi polemika aparmaqla ölkədəki mövcud durumun yaxşılaşmasına nail olmaqdır" (səh. 88). Maqsud İbrahimbəyov iqtidar-müxalifət münasibətlərini belə görür. Sağlam və sivil yanaşma olduğunu normal düşüncə, şübhəsiz, qəbul edir.

Yazıçının publisistikasının kəskin ruhunun, ifşaedici tərzində nəzakət, incə yumor, heç bir halda milli özünəvurğunluq, əldə olunmuş böyük və ya kiçik nailiyyətlərin sevincindən xumarlanmaq hissinə qapılmamaq sərvaxtlığı Azərbaycan  yazıçı publisistikasının yeni dövrə və yeni şəraitə ciddi ənənələr, işgüzar ovqat və kəsərli üslubla keçidi üçün diqqətəlayiq nümunələrin olduğunu deməyə əsas verir.

...Görəsən, niyə Fraqment? Bəlkə ona görə ki, Tarix özü fraqmentlərdən ibarətdir? Ritm də fraqmentlər toplusudur. Həyatımız da. Maqsud İbrahimbəyovsa, həyatını, həyat tərzini, düşüncələrini tezis şəklində təqdim edə bilən insanlardandır. Bu həyatda hər şeyin və hər kəsin öz adı ilə öz yerində olması Müdrikliyin adına yazılası səhmandır. Məsələn, Yaradıcılıq onun fikrincə, ali həzdir. "Bakı - mən özüməm" - deyir. Dostları ilə fəxr edir.

"Publisistikaya mən iki konkret halda müraciət edirəm: birinci - mənim ölkəmin ləyaqətinə toxunulanda, ikinci - şəxsən məni təhqir edirlərsə..."

"Yazıçı, hər şeydən əvvəl, vətəndaşdır. Və o, ölkəsində baş verən hadisələrə qeyri-ixtiyari cavab verir. Yazıçı əgər həm də Milli Məclisin üzvüdürsə, bu, artıq onun vəzifəsinə çevrilir".

Və bununla hər şey deyilib; Maqsud İbrahimbəyovun fraqmentləri həm də bir vətəndaş, ictimai xadim, Ədəbiyyat və Mədəniyyət xadimi və nəhayət, insan obrazını dolğun və konkret təqdim edir.

...Həyatımız üçün biz Yaradana borcluyuq.

...Həyat tərzimiz üçünsə - insanlara!

Bircə şərtlə: həyat tərzi "nekoe deystvie" yox, məhz "vıpolnennoe iskusno" ola!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri