Icma.az
close
up
RU
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində beynəlxalq ədəbi müsabiqənin yekunlarına dair görüş keçirilib AZƏRTAC

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində beynəlxalq ədəbi müsabiqənin yekunlarına dair görüş keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 25 dekabr, AZƏRTAC

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Elm və Təhsil Nazirliyi və “NG Creators Club”ın dəstəyi ilə məşhur fantastika yazıçısı və astrofizik, bakılı Pavel Amnuelin “Metronom” elmi fantastika hekayəsi əsasında ən yaxşı esse üzrə beynəlxalq ədəbi müsabiqənin yekunlarına həsr olunmuş görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Mərkəzin direktoru Anna İbrahimbəyova müsabiqənin məqsədi haqqında danışıb.

Qeyd olunub ki, müsabiqə bakılı fantastika yazıçılarının son onilliklərdəki əsərlərini tələbələr arasında təbliğ etmək məqsədi daşıyan “Fantastik irs” ədəbi layihəsi çərçivəsində üçüncü dəfə keçirilir.

Tədbir zamanı Maqsud İbrahimbəyovun yaradıcılığı haqqında film, həmçinin Pavel Amnuelin müsabiqə iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Münsiflər heyətinə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Anna İbrahimbəyova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Gülər Abdullabəyova, Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Naci, Azərbaycan Yazıçılar Birliyinin üzvləri – elmi fantastika yazıçıları Pavel Amnuel və Aleksandr Hakimov, Moskva Dövlət Universitetinin Əməkdar elmi işçisi, psixoloq Aleksandr Voyskunski, art-direktor, Azərbaycan Fotoqraflar İttifaqının üzvü Rüstəm Hüseynov və “NG Creators Club”ın direktoru Natiq Əliyev daxil olub.

Müsabiqədə Bakının ümumi təhsil məktəblərinin şagirdləri ilə yanaşı, Bakı Dövlət Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələri də iştirak ediblər.

Tədbirdə, həmçinin iştirakçıların yadplanetlilərin ehtimal edilən səfər yerlərini və İçərişəhərdə kosmik vaxtının hesablanması üçün “Metronom” qurğusunun mümkün koordinatlarını əks etdirən fotoşəkillərdən ibarət təqdimat keçirilib. Anna İbrahimbəyova bu mövzuda öz müəllif şərhini təqdim edib.

Qeyd edək ki, bu il Pavel Amnuel üçün yubiley ilidir.

Daha əvvəl Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə onun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bundan əlavə, “Mir literaturı” nəşrinin baş redaktoru Elmar Şeyxzadə və Britaniya Poeziya Cəmiyyətinin üzvü, şairə Leyli Salayeva arasında görüş keçirilib.

Görüşün sonunda fantastika yazıçısı Aleksandr Hakimovun yaradıcılığına həsr olunmuş ən yaxşı esse üzrə yeni ədəbi müsabiqəyə start verilib. Müsabiqə onun 2025-ci ildə qeyd ediləcək 65 illik yubileyinə həsr olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri