Icma.az
close
up
RU
“Maqsud Şeyxzadə. Qəzəl mülkünün sultanı” kitabı nəşr olunub

“Maqsud Şeyxzadə. Qəzəl mülkünün sultanı” kitabı nəşr olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan torpağının işıqlı oğlu Maqsud Şeyxzadə XX əsr Özbəkistan elmi mühitinin məşhur nümayəndəsi, filosof şairi, dramaturqu, ustad tərcüməçisi, görkəmli pedaqoqu, dilçisi, tənqidçisi, folklorşünası, ədəbiyyatşünası və ilk olaraq, nəvaişünasıdır. Özbək xalqı Azərbaycandan imperiya şəri ilə sürgün olunaraq ona pənah gətirən 20 yaşlı gənci öz balası kimi bağrına basmışdır. Maqsud Şeyxzadə elə bir ömür yaşamışdır ki, bu tale iki qardaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olmuşdur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunmuş “Maqsud Şeyxzadə. Qəzəl mülkünün sultanı” kitabında yer alıb. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, redaktoru dosent Siracəddin Hacılı, özbəkcədən tərcümə edən və “Ön söz” müəllifi nəvaişünas alim Almaz Ülvi Binnətovadır.

“Maqsud Şeyxzadənin “Qəzəl mülkünün sultanı” kitabı 53 il əvvəl məşhur özbək alimi, klassik irs tədqiqatçısı, nizamişünas Natan Mallayev tərəfindən müxtəlif mətbuat orqanlarından, alimin yaradıcılıq arxivindən toplanaraq 1972-ci ildə nəşr edilib. Maqsud Şeyxzadənin əsərlərinin altıcildliyinin dördüncü cildi bütövlükdə (378 səhifə) Əlişir Nəvai haqqında ciddi axtarışlar sayəsində yazılmış silsilə tədqiqatlardır.

“Qəzəl mülkünün sultanı” kitabı özbəkcə yazılıb. İlk olaraq, kitabı tərcümə etməyi planlaşdırdıq. Daha sonra, sosializm realizm ideologiyasına aid hissələr redaktə olunmalı və nəhayət, bu işlər elə görülməli idi ki, Maqsud Şeyxzadə elmi üslubuna toxunulmasın, fikir və düşüncələri təhrif olunmasın. Ciddi və məsuliyyətli bir sınaq qarşısında idik.

Amma qəlbimizdəki dahi Əlişir Nəvainin sehr dolu yaradıcılığına, həyatına olan heyranlığımız, müdrik məktəbindən aldığımız tərbiyə, ruhumuzu aydınladan ibrət dərsləri qələmimizə senzura oldu. Əvvəla onu deyim ki, tərcümə işi çətin olmadı. Çünki Əlişir Nəvai haqqında tədqiqatlar Azərbaycandan yenicə getmiş bir gəncin qələm məhsulu idi. Həm o vaxtlar Azərbaycanda çox məşhur olan və daim tədqiqat mövzusu olaraq araşdırılan, haqqında yazılan Əlişir Nəvai mövzusuna Azərbaycan sevgisi qatılmışdı, həm də özbək dilini yenicə öyrənən Maqsud Şeyxzadənin fikirlərində Azərbaycan çalarları çox idi və nəhayət, Nəvainin dili Füzuli dilinə çox yaxın olduğundan çox vaxt elə düşünürdüm ki, sadəcə kirildən latına mətn köçürürəm, yəni bu qədər yaxın, rahat və aydın bir yazı dili idi. Maqsud Şeyxzadənin “Qəzəl mülkünün sultanı” kitabını – Əlişir Nəvai haqqında özbək dilində yazdığı tədqiqatlarını Azərbaycan dilində diqqətinizə çatdırarkən böyük məsuliyyət daşıdığımızı da hiss edirik”, - deyə kitabı nəşrə hazırlayan Almaz Ülvi qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri