Mareska: “Mançester Siti” səfər oyunlarında təzyiqə qələbələrlə cavab verməlidir”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi Enso Mareska komandasının səfər oyunlarında yaranan təzyiqə uyğunlaşmalı olduğunu deyib.
İdman.Biz xəbər verir ki, o bu barədə “Sky Sports”a açıqlamasında söyləyib.
“Biz bu təzyiqlə mübarizə aparmağı öyrənməliyik. Çünki böyük ehtimalla, səfərdə keçirdiyimiz hər oyunda belə vəziyyətlə üzləşəcəyik.
Bu təzyiqin öhdəsindən gəlməyi bacarmalı və özümüz də meydanda sözümüzü deməliyik. Buna isə qələbələr qazanmaqla nail ola bilərik.
Bütün bunlar komandanı daha da birləşdirə bilər.
Meydandan kənarda baş verənlərə nəzarət edə bilmirəm. Buna görə də narahat olmağın mənası yoxdur. Qalan məsələlər məndən asılı deyil”, – deyə Mareska bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Oktyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















