Icma.az
close
up
RU
Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI

Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gündəlik alış-veriş zamanı bir çox vətəndaşın qarşılaşdığı problemlərdən biri də zədələnmiş və ya köhnəlmiş əskinaslarla bağlıdır. Kağız pulların sürətlə cırılması, əzilməsi və ya digər fiziki zədələrə məruz qalması həm alıcıları, həm də satıcıları çətin vəziyyətdə qoyur. Xüsusilə kiçik nominallı əskinasların tez bir zamanda dövriyyədən çıxması onların istifadəsini çətinləşdirir. 

Lakin məsələnin daha ciddi tərəfi – 50 manat və ya daha yüksək dəyərli zədələnmiş əskinasların aqibətidir. Bu hallarda vətəndaşlar həmin pulların dəyişdirilməsi və ya qəbul edilməsi ilə bağlı aydın mexanizmlərə ehtiyac duyurlar.

Bəs belə hallarda nə etmək lazımdır? 

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli News24.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, Mərkəzi Bank bəzi şərtlərlə zədələnmiş əskinasların dəyişdirilməsini təmin edir:

"Market və ya bank zədələnmiş pulu qəbul etməyə bilər, lakin AMB bu vəzifəni üzərinə götürür. Market də, bank da pulu götürməyə bilər, amma Mərkəzi Bank götürür. AMB-nın nəğd pul ofisi var. Əgər pulun bir tərəfi tam olaraq saxlanılıbsa, pulun 60 faizi qalırsa və seriya nömrəsi varsa, pul dəyişdirilir. Yox əgər pul müxtəlif hissələrə bölünübsə, hər iki seriya nömrəsinin olması vacibdir”.

İqtisadçı qeyd edib ki, zədələnmiş əskinasın dəyişdirilməsi üçün bir neçə əsas şərt mövcuddur:

"Bunlardan bəziləri, əskinasın ən azı 60 faizi qorunub saxlanmalıdır, seriya nömrəsi görünən vəziyyətdə olmalıdır, pul bütöv olmasa, hissələrdə hər iki seriya nömrəsi olmalıdır.Mərkəzi Bankın rəsmi məlumatlarına görə, vətəndaşlar belə əskinaslarla AMB-nın nəğd pul ofisinə müraciət edərək onların dəyişdirilməsini tələb edə bilərlər. Bu xidmət ödənişsiz şəkildə həyata keçirilir".

Qeyd edək ki, bu qaydalar həm milli valyuta olan manatlara, həm də bəzi hallarda Mərkəzi Bankın qəbul etdiyi xarici valyutalara şamil oluna bilər. Əlavə məlumat və dəqiq təlimatlar üçün vətəndaşlara Azərbaycan Mərkəzi Bankının rəsmi internet səhifəsinə və ya müvafiq nəğd pul ofislərinə müraciət etmələri tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 İyun 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri