Marko Yankoviç “Qarabağ”dan ayrılmaq qərarına gəlib
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın futbolçusu Marko Yankoviç karyerası ilə bağlı qərarını qətiləşdirib.
İdmanBiz sport24.az-a istinadən xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi yeni müqavilə ilə bağlı danışıqları dayandırıb. Hətta Yankoviç qış “transfer pəncərəsi”ndə də Ağdam klubundan ayrılmaq niyyətindədir.
Klub rəhbərliyi münasib təklif alacağı təqdirdə futbolçunun satışını nəzərdən keçirəcək. Buna səbəb onun müqaviləsinin gələn ilin yayında başa çatmasıdır.
Yarımmüdafiəçi ilə vətənindən, Türkiyədən və Bolqarıstandan olan klublar maraqlanır.
Qeyd edək ki, Yankoviç Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə səfər matçı zamanı komanda yoldaşı Mateus Silva ilə mübahisə edib. Baş məşqçi Qurban Qurbanov hər iki futbolçunu cəzalandırıb. Belə ki, onları həmin görüşün fasiləsində əvəzləyib, növbəti turda “Turan Tovuz”la qarşılaşmada isə meydana buraxmayıb.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci ildən “Qarabağ”ın formasını geyinir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 10 Noyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















