Icma.az
close
up
RU
Marnelidə gənc və yeniyetmə soydaşlarımız üçün yeni mərkəz yaradılıb

Marnelidə gənc və yeniyetmə soydaşlarımız üçün yeni mərkəz yaradılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 25 iyun, AZƏRTAC

Gürcüstanın Marneuli rayonunun Keşəli kəndində gənc və yeniyetmə soydaşlarımız üçün yeni mərkəz - “Kür Tədris və İnkişaf Mərkəzi” yaradılıb. Bu mərkəz həm də “Gələcəyə açılan elm qapısı” adlandırılır.

Mərkəzin təsisçisi Savalan Osmanlı AZƏRTAC-a müsahibəsində deyib ki, mərkəzin adında Kür çayının adının olması təsadüfi deyil. “Kür çayının sahilində yerləşən kəndlərin elmi, mədəni, mənəvi və sosial inkişafı üçün qurulan bu mərkəz adı kimi axıb, gələcək nəsillərə həyat verməyi hədəfləyir. Elmə sahib olan yeni nəslin yetişməsi qürur yerimizin olması deməkdir. Biz bu yola geri dönməmək üçün çıxmışıq. Yolumuz aydındır: yeni nəslin daha savadlı, düşüncəli və vətənpərvər yetişməsi. Bu yol, sadəcə, bir tədris yolu deyil. Bu, millətin gələcəyini işıqlandırmaq üçün atılan cəsarətli bir addımdır”, - deyə o vurğulayıb.

Savalan Osmanlının sözlərinə görə, mərkəzin əsas məqsədi yalnız dərs keçmək deyil, həm də gənc və yeniyetmələrə insanlıq dəyərlərini, Vətən sevgisini, öz milli kimliyini və dilini sevdirməkdir. Mərkəzdə milli ruhumuzu yaşadan saz kursları da faliyyət göstərir:”Müəllimlərin missiyası dövlətimizin və xalqımızın rifahı naminə düşünən, yaşatmağı bacaran yeni nəsil yetişdirməkdir. Mərkəzdə müəllimlər yalnız dərs öyrətmirlər, eyni zamanda, gənc və yeniyetmə soydaşlarmıza motivasiya verir, onları gələcəyə ruhlandırırlar. Dərslərdən əlavə əyləncəli dərs metodları, komanda fəaliyyətləri və yeni yaradılmış “Kür” Futbol Komandası da bunun bariz nümunəsidir”.

Keşəli kəndinin sakinləri də təhsil ocağı kimi fəaliyyət göstərən mərkəzin həm də dostluq, sevgi və birlik məkanı olduğunu bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri