Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Güneyli soydaşlarımız üçün tarixi fürsət

Güneyli soydaşlarımız üçün tarixi fürsət

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


İlham İsmayılov: “Bu, yaranmış son şansdır və bu şansdan mütləq istifadə etmək lazımdır”
“Hər bir yaranmış situasiyadan, tarixi proseslərdən xalqlar, millətlər yararlanmağı bacarmalı, öz varlıqlarını, bu və ya digər ölkənin həyatında mühüm rola malik olduqlarını təsdiq etməlidirlər. Bu bir tarixi reallıqdır və həmin tarixi reallıqdan zamanında düzgün istifadə etmək lazımdır. Hazırda belə bir fürsət, imkan Güneydə yaşayan soydaşlarımız üçün yetişib. Hər nə qədər İran adlanan ölkəyə qarşı bir həftəyə yaxındır davam edən hərbi əməliyyatları insan ölümü, dağıntı və tələfat baxımından müsbət hal kimi qəbul etməsək də, ancaq cənub qonşumuzda rejim dəyişikliyinə hesablanmış addımı məqbul sayırıq”.
Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov İran ətrafında baş verənlərə münasibət bildirərkən səsləndirib. İctimai birlik sədri deyib ki, İran yarım əsrə yaxın qurduğu rejimin dünya, eləcə də daxildəki xalqlar üçün yaratdığı təhlükələr, təhdidlərin bədəlini ödəyir:
“Əgər İslam Respublikası dünya üçün təhlükəli hesab olunan uranın zənginləşdirilməsi prosesindən imtina etsə, beynəlxalq aləmlə normal dialoq qura bilsəydi, hazırda yaşananlar baş verməzdi. Digər tərəfdən daxili faktor da bu məsələ də mühüm rol oynayır. 1979-cu il inqilabından sonra İran sanki keçmiş SRRİ kimi xalqlar həbsxanasına çevrilib və türklər başda olmaqla bu ölkədə yaşayan etniklərin hüquqları tanınmayıb, onlara ən xırda haqlar belə verilməyib. Rejim hətta öz xalqını, farsları belə təsir altında, qorxu altında saxlayıb, Qərbin, Amerika, Avropa farslar üçün cin, şeytan kimi təqdim olunub. Zaman-zaman bu idarəçiliyə qarşı etiraz edən xalq isə fars-molla rejimi tərəfindən amansızlıqla yatırılıb. Rejimin uzun illərdə həyata keçirdiyi düzgün olmayan idarəçiliyinin nəticəsidir ki, bu gün İran vətəndaşları ABŞ və İsrailin bu ölkəyə hücumuna qarşı dirəniş göstərmir, hətta ali dini liderin öldürülməsini sevinclə qarşılayırlar”.
ATXƏM sədri bir məqama da xüsusi olaraq diqqət çəkib. O deyib ki, İran ətraf qonşu ölkələri, hətta müsəlman dövlətləri ilə heç bir normal münasibətlər qura bilməyib:
"Zaman-zaman İrandan Azərbaycana olan mənfi münasibəti biz də müşahidə etmişik. Fars-mola rejimi siyasi islamı Azərbaycana ixrac etmək, burada ayrı-ayrı radikal qruplar yaradıb onları maliyyələşdirməklə ölkəmiz daxilində gərginlik yaratmağa, qarşılıqlı salmağa çalışıb. Paralel olaraq istər Birinci Qarabağ Müharibəsində, istərsə də 44 günlük Vətən Müharibəsi dövründə daima Ermənistanın yanında olması, işğalçı bir ölkəyə yardım göstərməsi də onu göstərir ki, cənub qonşumuz hər zaman Azərbaycana qarşı da qeyri-konstruktiv mövqedə olub".
İlham İsmayılov onu da qeyd edib ki, İranda dost, müttəfiq, yaxın qonşu prinsipi yoxdur:
"Bu gün İranın Naxçıvan hava limanına dron hücumu etməsi bunun sübutudur. Baxmayaraq ki, bir gün əvvəl Azərbaycan Prezidenti İranın ölkəmizdəki səfirliyini ziyarət edərək ali dini liderin vəfatı ilə bağlı başsağlığı verdi. Ancaq bunun qarşılığında İran ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı aqressiv davranış ortaya qoydu".
Onun sözlərinə görə, hazırda İranda rejim dəyişikliyi üçün əlverişli zaman, situasiya yetişib və bu situasiyadan Güneydəki türklər mütləq şəkildə yararlanmalıdırlar:
“Çünki İranda yaşayan türklər say baxımından ölkənin ən böyük etnik qruplarından biridir. Təxminən 30–35 milyon arasında soydaşımızın yaşadığı bildirilir ki, bu da kifayət qədər böyük rəqəmdir. İranda əhali sayının 94 milyona yaxın olduğunu nəzərə alsaq, o zaman əhalinin təxminən 30 faizinin türk olduğunu deyə bilərik. Türklər İranın ən böyük əhali qrupuna aid olsa da, lakin indiyə qədər soydaşlarımızın heç bir haqq və hüququ tanınmayıb. Halbuki tarix boyu türklər İran siyasətində çox təsirli olublar. Məsələn, Səttarxan və Bağırxan, Seyid Cəfər Pişəvəri hərəkatları bunun əyani sübutudur. Uzaq tarixə də nəzər salsaq görərik ki, İran tarixində bir çox şah sülalələri də türk mənşəli olub. Məsələn, Səfəvilər və Qacarları qeyd edə bilərik”.
İlham İsmayılovun sözlərinə görə, yaranmış tarixi situasiyada Güneydəki soydaşlarımız aktivlik nümayiş etdirərək özlərini təqdim etməli, İranın gələcək idarəetməsində yer almalıdırlar:
“Bu birmənalıdır ki, İranda mümkün siyasi dəyişikliklər fonunda ölkənin bütün böyük etnik və regional qrupları hakimiyyət və idarəetmədə təmsil olunmalıdır. Bu yanaşma xüsusilə türklər üçün keçərlidir. İranın gələcək siyasi sistemində bütün etnik qrupların, əsas etibarilə də türklərin yüksək səviyyədə təmsil olunması ölkədə sabitliyi və ədaləti gücləndirə bilər. Çünki türkün olduğu hər yerdə sabitlik və ədalət bərqərar olur”.
İlham İsmayılov hesab edir ki, hazırkı situasiyada onlar da öz haqları, yeni idarəçiilikdə yer almaları uğrunda aktivlik nümayiş etdirməli, buna nail olmalıdırlar:
“Müşahidələr göstərir ki, İranda yaşayan digər etniklər, əsas etibarilə də kürdlər xüsusi fəallıq nümayiş etdirir, müəyyən çağırışlar səsləndirirlər. Hətta, onlar tarixi, qədim Azərbaycan torpaqlarına iddia belə qaldırırlar. İddia edirlər ki, Urmiya ətrafı ərazilər guya kürdlərin olub. Ona görə də yeni idarəetmə sistemində həmin ərazilər daxil olmaqla muxtariyyat əldə etmək istəyirlər. Düzdür, oradakı soydaşlarımız zamam-zaman rejim əleyhinə etirazlara qoşulur, nümayişlərə çıxırlar, ancaq bunun daha mütəşəkkil, təşkilatlanmış şəkildə olması daha məqsədəuyğundur. Ona görə də türklər düşünürəm aktiv olmalıdırlar ki, yeni İran hakimiyyətində kənarda qalmayaq.
Hələ Ərəb baharı zamanı ATXƏM olaraq mövqeyimiz ondan ibarət idi ki, xarici güclərin Misir, Yəmən, Liviya və s. ölkələrdə rejim dəyişikliyinə nail olmasından daha çox həmin ölkələrdə yaşayan çoxminli etnik xalqlar bu mübarizədə fəal olmalı, öz haqlarını tələb etməli və yeni idarəetmə sistemində yer almalıdırlar. İndi həmin situasiya İran, Güney Azərbaycan üçün yetişib və yaranmış situasiyanı düzgün dəyərləndirib istəyimizə nail olmalıyıq. Hesab edirəm ki, bu, Güney üçün yaranmış son şansıdr və bu şansdan mütləq istifadə etmək lazımdır”.
Süleyman İsmayılbəyli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Mart 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri