Icma.az
close
up
RU
Marneulidə aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub

Marneulidə aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Marneuli şəhərində dekabrın 6-da tanınmış ustad aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən mərkəz və icma rəhbərləri iştirak ediblər.

“Tea House”nin rəhbəri Emin Əhmədov B.Adıgözəlovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra aşıq haqqında sənədli film nümayiş etdirilib.

Sonra professor Mahmud Kamaloğlu B.Adıgözəlovun həyat və fəaliyyətindən danışıb. Bildirib ki, 1959-cu ildə Bolnisi rayonunun Dəllər (Muşevan) kəndində anadan olan B.Adıgözəlov uşaq vaxtından aşıq sənətinə böyük maraq göstərib. İlk dərsini də dövrünün ustad aşıqlarından olan Aşıq Əlidən alıb. O təkcə saz deyil, həm də zurna-balabanda da gözəl ifa edir.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ölkədə yaşayan aşıqların Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs edib. Diplomat Azərbaycan dövlətinin mədəniyyət xadimlərinə göstərdiyi qayğıdan da söz açıb, Aşıq Kamandarın ev-muzeyinin yaradıldığını vurğulayıb.

Qeyd olunub ki, aşıq və sazbəndlik sənətini inkişaf etdirdiyinə görə B.Adıgözəlovun xidmətləri diqqətdən kənarda qalmayıb. B.Adıgözəlov Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "Diaspora fəaliyyətində xidmətlərinə görə" medalı ilə təltif edilib.

Marneuli şəhərinin meri Kənan Ömərov bildirib ki, məhz B.Adıgözəlov kimi ustadların xeyirxah əməlləri nəticəsində bu gün Azərbaycan mədəniyyəti, incəsənəti inkişaf edir.

Siyasi xadim Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, şair Səadət Buta, tarixçi alim Ramiz Bəkirov və başqaları çıxış edərək aşıq və sazbənd B.Adıgözəlovun yaradıcılığından, sənət yolundan söz açıb, yazdığı şeirlərdən söyləyiblər.

Ustad aşıqlar və Marneuli Aşıqlar Məktəbinin şagirdləri tədbirdə B.Adıgözəlovun şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri