Icma.az
close
up
RU
Dilçi alimin 65 illik yubileyi Naxçıvanda qeyd olunub

Dilçi alimin 65 illik yubileyi Naxçıvanda qeyd olunub

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Oktyabrın 20-də Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Prezident təqaüdçüsü, tanınmış şairə Mahirə Hüseynovanın 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Gununsesi.info-nun  xəbərinə görə, tədbirdən öncə Universitetin Konservatoriyasının önündə “Şərur” Xalq Yallı Ansamblının ifasında yallı xalq rəqsləri təqdim olunub.

Tanınmış dilçi professorun həyat və yaradıcılığına həsr olunmuş tədbirdə ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, ziyalılar, Yazıçılar Birliyinin əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr və yubilyarın ailə üzvləri iştirak ediblər.

Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarovun moderatorluğunda keçirilən tədbirdə professor Mahirə Hüseynovanın həyatı, elmi və bədii yaradıcılığına dair məlumatlar diqqətə çatdırılıb.

Tədbirin rəsmi hissəsində açılış nitqi ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev dəyərli elm xadimi Mahirə Hüseynovanı zəngin elmi irsi, səmərəli pedaqoji fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə seçilən alim olaraq səciyyələndirib. Qeyd edilib ki, o, uzun illər ərzində Azərbaycan dilçiliyinin inkişafında xidmətləri olan dəyərli pedaqoq, tanınmış ictimai xadim və məhsuldar şairədir.

Rektor Naxçıvan Dövlət Universitetinin “Fəxri professor”u Mahirə Hüseynovaya ali təhsil ocağına verdiyi töhfələrə görə öz dərin təşəkkürlərini bildirib, həmçinin dəyərli alim Mahirə Hüseynovanın NDU-da keçirilən tədbirlərdə iştirakını əks etdirən foto və məlumatların yer aldığı xatirə kitabı və rəsm əsəri hədiyyə edib. Elbrus İsayev yubilyarı 65 illik yubileyi münasibəti ilə təbrik edib, cansağlığı və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Sonra yubilyarın elmi və pedoqoqji fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar dəyərli şairə Mahirə Hüseynovanın bədii yaradıcılığından nümunələri yada salaraq, ideya, dil və üslub xüsusiyyətlərindən söz açıb. Filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova dilçi alimin elmi-nəzəri baxışlarından danışıb, seçilmiş şeirlərini səsləndirərək yubilyarın müasir Azərbaycan filologiya elmində və poeziyasında öz dəstixətti ilə seçildiyini diqqətə çatdırıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova isə bir çox elmi əsərlərin və bədii kitabların müəllifi olan Mahirə xanımın dilçilik elminə gətirdiyi yeniliklərdən bəhs edib, şeirlərindən parçalar səsləndirib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov , Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın təbrik çıxışları dinlənilib. Natiqlər yubilyara təbriklərini çatdırıb, hədiyyələr təqdim ediblər. Həmçinin AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası adından professor Mahirə Hüseynovanın çoxşaxəli elmi fəaliyyəti yüksək dəyərləndirilərək fəxri fərmanlar təqdim olunub.

Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı, “Qızıl qələm” Media Mükafatı Laureatı, “İlin Alimi” Media Mükafatı Laureatı kimi bir çox diplom və mükfatlara layiq görülən dilçi professor Mahirə Hüseynova elmi, pedaqoji və bədii yaradıcılığına göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib.

Tədbir universitetin tələbələrinin və “Turan” Ansamblının təqdimatında bədii proqramla davam edib. Sonda Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədovanın tədbirdə iştirakı, “Mən bu ömrü elə belə yaşadım” və “Azərbaycan” mahnılarını ifa etməsi isə bütün tədbir iştirakçılarında xoş təəssürat yaradıb.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:365
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Oktyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri