Icma.az
close
up
RU
Marneulidə ustad aşıq və sazbənd Bəfalı Adıgözəlovun yubileyi qeyd olunub AZƏRTAC

Marneulidə ustad aşıq və sazbənd Bəfalı Adıgözəlovun yubileyi qeyd olunub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da tanınmış ustad aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən mərkəz və icma rəhbərləri iştirak ediblər.

“Tea House”nin rəhbəri Emin Əhmədov B.Adıgözəlovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra aşıq haqqında sənədli film nümayiş etdirilib.

Sonra professor Mahmud Kamaloğlu B.Adıgözəlovun həyat və fəaliyyətindən danışıb. Bildirib ki, 1959-cu ildə Bolnisi rayonunun Dəllər (Muşevan) kəndində anadan olan B.Adıgözəlov uşaq vaxtından aşıq sənətinə böyük maraq göstərib. İlk dərsini də dövrünün ustad aşıqlarından olan Aşıq Əlidən alıb. O təkcə saz deyil, həm də zurna-balabanda da gözəl ifa edir.

Gürcüstandakı səfirimiz Faiq Quliyev ölkədə yaşayan aşıqların Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs edib. Diplomat Azərbaycan dövlətinin mədəniyyət xadimlərinə göstərdiyi qayğıdan da söz açıb, Aşıq Kamandarın ev-muzeyinin yaradıldığını vurğulayıb.

Qeyd olunub ki, aşıq və sazbəndlik sənətini inkişaf etdirdiyinə görə B.Adıgözəlovun xidmətləri diqqətdən kənarda qalmayıb. B.Adıgözəlov Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "Diaspora fəaliyyətində xidmətlərinə görə" medalı ilə təltif edilib.

Marneuli şəhərinin meri Kənan Ömərov bildirib ki, məhz B.Adıgözəlov kimi ustadların xeyirxah əməlləri nəticəsində bu gün Azərbaycan mədəniyyəti, incəsənəti inkişaf edir.

Siyasi xadim Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, şair Səadət Buta, tarixçi alim Ramiz Bəkirov və başqaları çıxış edərək aşıq və sazbənd B.Adıgözəlovun yaradıcılığından, sənət yolundan söz açıb, yazdığı şeirlərdən söyləyiblər.

Ustad aşıqlar və Marneuli Aşıqlar Məktəbinin şagirdləri tədbirdə B.Adıgözəlovun şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri