Marneulidə soydaşlarımıza pulsuz hüquqi yardım göstərilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Tbilisi, 7 dekabr, AZƏRTAC
Marneulidə soydaşlarımıza pulsuz hüquqi yardım tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, təmənnasız hüquqi yardım Marneulidəki “Azərbaycan Evi” və “QANUN” Hüquqi Yardım Mərkəzi arasında bağlanmış memoranduma əsasən həyata keçirilir.
Mərkəzin rəhbəri vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov “Azərbaycan Evi”ndə Marneuli və ətraf kəndlərin sakinləri ilə görüşüb, soydaşlarımızın hüquqla bağlı problemlərini dinləyib, onların həlli istiqamətində müvafiq məsləhətlər veriblər.
Artıq yeddinci dəfədir təşkil olunan görüşdə vətəndaşların məhkəmə proseslərinin tezləşdirilməsi, aliment, vərəsəlik, mülkiyyət hüquqları, özəlləşdirmə məsələləri, ailə-məişət zorakılığı və digər problemlərinə dair lazımi sənədlər hazırlanıb, onların həlli ilə bağlı Gürcüstan prezidentinə, Baş prokurorluğa, məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib.
Vətəndaşların qəbulu bundan sonra da davam edəcək və soydaşlarımız bu xidmətdən yenə də faydalana biləcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Dekabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















