Icma.az
close
up
RU
Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq

Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Marsda qurulacaq koloniyalarda astronavtlar həm fiziki, həm də psixoloji baxımdan həbsxana şəraitində qarşılaşılan çətinliklərlə üz-üzə qala bilərlər. Bəs bu oxşarlıqlar necə bir həyat təcrübəsi yaradacaq?

Qaynarinfo xəbər verir ki, Marsda insan məskunlaşması, Günəş sistemindəki ən çətin mühitlərdən birinə daxil olmaq deməkdir. Lakin Qırmızı planetdəki həyat şərtlərini başa düşmək üçün çox da uzaqlara baxmağa ehtiyac yoxdur. Məşhur bir kosmos alimi Marsda yaradılacaq koloniyanın şərtlərinin həbsxana həyatı ilə çoxsaylı oxşarlıqlar daşıyacağını iddia edir.

Bristol Universitetindən kosmik sistemlər mühəndisi professor Lusi Berthud, həm məhkumların, həm də astronavtların qarşılaşdığı çətinliklərin bir-birinə bənzər olduğunu bildirir. Bu çətinliklər arasında "şəxsi məkanın azlığı, həddindən artıq sıxlıq, zəif qidalanma, lazımsız risklər, sərt rejimlər və məhdud gündəlik fəaliyyətlər” yer alır.

Astronavtlar, Yerdən 225 milyon kilometr uzaqlıqda, Marsda tamamilə təcrid olunmuş vəziyyətdə, həbsxanalarda cəza çəkən məhkumlardan daha dərin bir tənhalıq hissi yaşaya bilərlər. Ən əsas fərq isə, astronavtların bu missiyaya könüllü olaraq qatılmaları, məhkumların isə azadlıqlarının cəza olaraq məhdudlaşdırılmasıdır.

Marsda astronavtlar, resursların olduqca məhdud olduğu bir mühitdə, yaşamaq üçün dar və təhlükəli məkanlarda kiçik bir insan qrupu ilə birlikdə yaşamalı olacaqlar. Avropa standartlarına görə bir həbsxana kamerasında adambaşına düşən sahə təxminən 4 kvadratmetr olsa da, həddindən artıq sıxlıq səbəbindən bu sahə bir çox ölkədə daha da azalır. Marsdakı şərtlər isə daha da çətin ola bilər. NASA-nın "Apollo” missiyalarında, Ay səfərləri zamanı üç nəfərlik heyət üçün cəmi 6,2 kubmetrlik yaşayış sahəsi ayrılmışdı. Bu cür sıx mühitlər stresin artmasına və qarşıdurma risklərinin yüksəlməsinə səbəb ola bilər.

Təhlükələr və psixoloji çətinliklər

Marsda astronavtların qarşılaşacağı təhlükələr, həbsxanadakılarla psixoloji baxımdan bənzər təsirlər yarada bilər. Professor Berthud deyir: 

"Yüksək riskli bir mühitdə yaşamaq, daimi bir təhdid hissini aktiv saxlayır və bu, uzun müddətdə psixoloji və fiziki təsirlərə səbəb ola bilər".

Astronavtlar fövqəladə vəziyyətlərlə başa çıxmaq üçün xüsusi seçilsələr də, uzunmüddətli missiyalar bu üstünlüyü aradan qaldıra bilər.

Gündəlik həyatın nizamı da bir-birinə bənzəyir. Həbsxanada məhkumlar yemək, yuxu, iş və istirahət kimi bütün fəaliyyətləri dəqiq şəkildə planlamalıdır. Eyni vəziyyət Marsdakı astronavtlar üçün də keçərlidir. Beynəlxalq Kosmik Stansiyada çalışan astronavtlar gündə 15 saat işləməli, 2 saat məcburi idmanla məşğul olmalı və yalnız 1 saat şəxsi vaxta sahib olmalıdırlar. Professor Berthud bu cür sərt proqramın astronavtlarda gərginlik yaradacağını və NASA-nın təlimatlarına qarşı çıxmalarına səbəb ola biləcəyini qeyd edir.


Qidalanma və yemək çətinlikləri

Qidalanma sahəsində də bənzər çətinliklər mövcuddur. Həbsxanalarda məhkumların rasionları məhdud büdcə ilə tənzimlənərkən, Marsdakı astronavtlar da təzə ərzaq çatışmazlığı və məhdud qida müxtəlifliyi ilə üzləşəcəklər. NASA Beynəlxalq Kosmik Stansiyada astronavtların yeməklərini dadlı hala gətirmək üçün çalışsa da, Marsdakı şəraitdə təzə məhsulların olmaması səbəbindən qidalanma daim narahatlıq doğura bilər.

Ən bariz oxşarlıqlardan biri isə izolasiya hissidir. Həbsxanadakı məhkumlar necə ki, xarici dünyadan tamamilə təcrid olunurlarsa, Marsdakı astronavtlar da eyni şəkildə cəmiyyətdən təcrid ediləcək və yalnız məhdud formada ünsiyyət qura biləcəklər. Professor Berthud Marsdakı izolasiya şəraitinin "sevdiklərindən çox uzaqda olma hissi” yaradacağını bildirir. Yerə ən qısa dönüşün belə altı ay çəkməsi bu tənhalıq hissini daha da dərinləşdirə bilər.

Həyat sahələrinin dizaynı fərqli ola bilər

Marsda həyat həbsxana təcrübəsinə bənzər bir reallıq təqdim etsə də, yaşayış məkanlarının dizaynında önəmli fərqliliklər mövcud olacaq. Mars bazaları, şəxsi məxfiliyi və müstəqilliyi maksimum səviyyədə qoruyaraq, monotonluğu pozacaq mənalı fəaliyyətlər təqdim edəcək şəkildə planlaşdırılmalıdır. Bu çətinliklərin öhdəsindən gəlmək yalnız Marsdakı həyat üçün deyil, eyni zamanda Yer üzündəki həbsxanaları daha yaşanabilir etmək üçün də bir model yarada bilər. Professor Berthud belə deyir: "Daha çox məkan, daha çox müstəqillik, daha çox fərdiləşdirmə və daha çox məqsəd hissi, stresli vəziyyətlərlə başa çıxmaqda hər kəsə kömək edə bilər.”

Marsda insan həyatının gələcəyi təkcə texnologiya ilə deyil, psixoloji və sosial amillər nəzərə alınaraq formalaşacaq. Bu baxımdan, Marsda həyata dair araşdırmalar, Yer üzündəki həbsxanaların daha insani hala gətirilməsi üçün də əhəmiyyətli bir bələdçi ola bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 İyun 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri