Icma.az
close
up
RU
Artıq Marsda yaşamaq olacaq Alimlər danışır

Artıq Marsda yaşamaq olacaq Alimlər danışır

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Marsın terraformalaşdırılması perspektivi - yəni onun yaşanacaq hala gətirilməsi - hələ 30 il əvvəl fantastika kimi görünürdüsə, bu gün müasir texnologiyalar və bu sahədə aparılan tədqiqatlar sayəsində real təfərrüatlar almağa başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər Qırmızı planeti potensial yaşanacaq dünyaya çevirmək üçün mərhələli plan təqdim ediblər və bu plan müasir texnologiyalara, o cümlədən SpaceX şirkətinin ağır Starship sisteminə əsaslanır. Onun hazırlanmasında çətinliklər olsa da, belə bir aparatın yaradılması faktı özü belə, Yer kürəsindən kənarda yüklərin çatdırılması və genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır.

Birinci mərhələ Marsın orta temperaturunun 30 dərəcə Selsi yüksəldilməsini nəzərdə tutur. Bu, səthaltı buz qatlarının əriməsinə və dərinliyi 300 metrə çatan qlobal okeanın formalaşmasına səbəb olacaq.

Bu məqsədə çatmaq üçün müəlliflər Mars orbitində nəhəng günəş yelkənlərinin yerləşdirilməsini təklif edirlər. Bu yelkənlər güzgü kimi işləyərək günəş şüalarını planetin qütb buzlaqlarına yönəldəcək. Əlavə parnik effekti atmosferə səpiləcək aerozollar vasitəsilə yaradılacaq. Səthdəki bəzi bölgələrə örtüləcək silikat aerogellər isə lokal istilik təmin edəcək.

Hesablamalara görə, bu mərhələnin həyata keçirilməsi təxminən 1 əsr çəkəcək. Növbəti mərhələ genetik modifikasiya olunmuş ekstremofillərin - yəni ekstremal şəraitdə yaşaya bilən mikroorqanizmlərin tətbiqini əhatə edir. Bu “pioner növlər” buzların əriməsindən sonra yaranmış duzlu su hövzələrinə buraxılacaq və mühitin kimyəvi tərkibini dəyişərək mürəkkəb ekosistemlər üçün zəmin yaradacaqlar.

Sonuncu və ən uzunmüddətli mərhələ - Marsda 100 millibar (Yer atmosferinin 10%-i) səviyyəsində oksigenli atmosferin formalaşdırılmasıdır. Əvvəlcə oksigen hündürlüyü 100 metrə çatan nəhəng qübbələrin içində istehsal ediləcək, burada bitkilərin yaşaması mümkün olacaq. Zamanla bu bitkilər bu sığınacaqlardan kənara yayılaraq atmosferi tədricən oksigenlə zənginləşdirəcəklər. Lakin bu proses minilliklər çəkə bilər.

Prosesi sürətləndirmək üçün ərimiş sudan oksigen ayırmaq mümkündür, amma bunun üçün Marsda kifayət qədər uyğun resursların mövcudluğu sübuta yetirilməlidir.

Müəlliflər vurğulayırlar ki, Marsın terraformalaşdırılması həm etik, həm də elmi dilemmalarla müşayiət olunur. Planetin dəyişdirilməsi onun təbii təkamülünün izlərini silə və bəşəriyyəti Günəş sisteminin keçmişinə dair unikal məlumatlardan məhrum edə bilər. Bundan əlavə, layihənin uğuru texnologiyalardakı irəliləyişlərdən, o cümlədən Starship sisteminin Marsa müntəzəm uçuşlar üçün potensialının sübut edilməsindən asılıdır.

Plan nə qədər iddialı olsa da, tədqiqatçılar əmindirlər: “Yaşıl Mars”a gedən yol getdikcə daha da yaxınlaşır. Lakin qlobal dəyişikliklərə başlamazdan əvvəl bütün risklər və nəticələr diqqətlə qiymətləndirilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 İyun 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri