Icma.az
close
up
RU
“Marsel” 2 ci pilləyə qayıtdı

“Marsel” 2 ci pilləyə qayıtdı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Fransa çempionatı tədricən sona yaxınlaşır. Mövsümün əsas sualına – çempionun kimliyinə hələ 28-ci turdan sonra aydınlıq gəlib. Amma 2-ci yer və avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə davam edir.

Mövsümün ən zəif komandası olan “Monpelye”ni evdə darmadağın edən “Marsel” yenidən 2-ci pilləni ələ keçirdi. Artıq 8-ci dəqiqədə hesabı açan cənublular hissənin sonuna qədər bir daha rəqib qapısına yol tapa bilmədi. Amma 2-ci hissədə “kötəkləmə” başladı. Sonda tabloda 5:1 hesabı “yandı”.
Turun mərkəzi oyununda “Monako” “Strasbur”u qəbul etdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmadı. “Knyazlar”la yanaşı, “Strasbur” da avokuboklara iddiasını davam etdirir.
Artıq çempion statusu və qarışıq heyət ilə meydana çıxan PSJ hesabı erkən açandan sonra sakitləşdi. Bir də 2-ci hissənin əvvəlində Ramuş fərqi artırdı. Elitada yerini qorumaq üçün xala ciddi ehtiyac duyan “Havr”ın gücü yalnız təsəlli qolunu vurmağa çatdı.
Turun qalan oyunlarına gəlincə, “Lill” “Oser”i, “Lans” “Brest”i 3:1 hesabıyla məğlub etdi. “Nitsa” evdə “Anje”yə, “Renn” “Nant”a qalib gəldi. “Reyms” – “Tuluza” oyununda meydan sahibləri üstün oldu.
“Joffrua Qişar” stadionunda “Sent-Etyen” ilə “Lion” qarşılaşdı. Fransada bu komandaların duelinə “Ron derbisi” deyirlər. İlk yarının sonunda – hesab 1:0 olarkən laysman Mehdi Ramuninin başına tribunalardan yad əşya atıldı. Referi Fransua Letesye oyunu dayandırdı və komandalar paltardəyişmə otağına yollandı.
Yarım saatdan sonra mübarizə canlandı. 67-ci dəqiqədə Stassen dubl etdi. “Lion” bundan sonra fəallığı artırsa da, yalnız fərqi minimuma endirməyi bacardı. Yeri gəlmişkən, artıq laysmanı “atəşə tutan” azarkeş saxlanılıb.
30-cu tur
PSJ – Havr 2:1

Due, 8. Ramuş, 50 – Sumare, 60. (47113)
PSJ: Safonov, Hakimi (Mendeş, 61), Ernandes, Beraldo, Mbay (Vitinya, 61), Zair-Emeri, Mayulu, Due (Kimpembe, 81), Li Kan İn (Neveş, 73), Barkola (Kvaratsxeliya, 73), Ramuş.
Marsel – Monpelye 5:1
Qrinvud, 8-p.; 67. Bille, 60-öz qapısına. Rou, 74. Rabyo, 90 – Minkarelli, 83. (66312)
Marsel: Rulyi, Murilyo, Kondoqbia, U.Qarsiya, Enrike (Lirola, 86), Heybyerq, Ronjye (Bennaser, 65), Merlen (Arit, 78), Qrinvud, Quiri (Rou, 65), Rabyo.
Monako – Strasbur 0:0
(12825)
Monako: Kön, Vanderson, Sinqo, Mavissa, Enrike (Diatta, 71), Akliuş, Zakariya, Kamara (Maqassa, 81), Minamino (Ben Seqir, 71), Biret (İlenihena, 90+1), Embolo (Baloqan, 81).
Lill – Oser 3:1
Menye, 9. Devid, 43; 90+7 – Aleksandro, 90+2-öz qapısına. (45929)
Brest – Lans 1:3
Les-Melu, 13 – Koyyaylipu, 17. Əl-Aynaui, 45+7-p. Səid, 90+1. (15049)
Renn – Nant 2:1
Tryuffer, 23. Meyte, 86 – Məhəmməd, 54. (27880)
Nitsa – Anje 2:1
Rosario, 36. Abdi, 47 – Belkdim, 53. (25088)
Reyms – Tuluza 1:0
Sibaço, 39. (14608)
Sent-Etyen – Lion 2:1
Stassen, 10; 67 – Tessmann, 76. (40372)
1. PSJ 29 24 5 0 82-27 77
2. Marsel 30 17 4 9 62-42 55
3. Monako 30 16 6 8 57-35 54
4. Lill 30 15 8 7 47-32 53
5. Nitsa 30 14 9 7 56-38 51
6. Lion 30 15 6 9 58-41 51
7. Strasbur 30 14 9 7 48-37 51
8. Lans 30 13 6 11 35-33 45
9. Brest 30 13 5 12 48-49 44
10. Renn 30 12 2 16 45-40 38
11. Oser 30 10 8 12 41-45 38
12. Tuluza 30 9 7 14 38-39 34
13. Reyms 30 8 8 14 32-42 32
14. Nant 29 7 9 13 34-49 30
15. Anje 30 8 6 16 29-48 30
16. Havr 30 8 3 19 33-64 27
17. Sent-Etyen 30 7 6 17 33-68 27
18. Monpelye 30 4 3 23 22-71 15
Bombardirlər: Dembele (PSJ) – 21, Qrinvud (Marsel) – 18, Devid (Lill) - 16, Kalimuendo (Renn) – 14.
Turun rəqəmi
82 – PSJ cari mövsümdə vurduğu qol sayını bu həddə çatdırdı. Halbuki paytaxt klubu ötən mövsüm bütün turnirlər çərçivəsində cəmi 81 qol vura bilmişdi.
Turun ulduzu
Lüka Stassen (Sent-Etyen) - əlbəttə, bu tur dubl edən başqa futbolçular da var, ancaq biz belçikalı hücumçusu seçdik. Ron derbisinin taleyini həll etməklə yanaşı, həm də “Sent-Etyen”ə elitada qalmaq baxımından ümid verdi. Ölkənin ən titulla klublarından birinin bu yöndə inadkarlığı davam edir.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Özümü uğurlu saymıram. Mən ona görə burdayam ki, tarix yazım, Çempionlar Liqasını qazanmaq üçün əlimdən gələni edim”.


Faktlar
* “Sent-Etyen” 2019-dan bəri ilk dəfə Ron derbisində “Lion”a qalib gələ bildi. “Yaşıllar” sonuncu dəfə həmin il oktyabrın 6-da “şirlər”dən üstün olmuşdu (1:0).
* Cari mövsümdə 18 qol vuran Qrinvud bombardirlər siyahısında yalnız Dembeledən geri qalır. O, həmçinin “Marsel”in heyətində debüt mövsümündə vurduğu qol sayına görə 21-ci əsrdə yalnız iki futbolçudan geri qalır. Bafetimbi Qomis 2016/17 mövsümündə 20, Didye Droqba isə 2003/04 mövsümündə 19 dəfə fərqlənib.
* “Monpelye” cari mövsümün heç bir oyunda qapısını toxunulmaz saxlaya bilməyib. İndiyə qədər ilk 30 turdan sonra belə nəticə ilə üzləşən yeganə komanda “Tulon”idi (1959/60).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see222

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see210

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see209

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see205

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see196

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see196

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see194

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see190

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see190

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see189

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see184

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see182

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see180

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see178

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see177

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see176

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see175

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri