Icma.az
close
up
RU
“Marsel” debütantı darmadağın etdi, PSJ 1:0 ilə kifayətləndi

“Marsel” debütantı darmadağın etdi, PSJ 1:0 ilə kifayətləndi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Fransanı ÇL-də təmsil edən komandalardan “Marsel” turun ən məhsuldar oyununun iştirakçısı oldu.

"Football-plus.az" xəbər verir ki, cənublular “Paris”in qapısından 5 top keçirdilər, ancaq özləri də iki qol buraxdılar. Çempion PSJ növbəti “təvazökar” qələbə ilə kifayətləndi, “Monako” isə səfərdə “Lill”ə uduzdu. İlk iki turdan sonra xal itirməyən 4 komanda turnir cədvəlinin önündə qərarlaşıb.
PSJ-nin “Anje”ni qəbul etdiyi oyunda qapıda Şevalye yer aldı, MS ilə danışıq aparan Donnarumma isə oyundan sonra azarkeşlərlə səmimi şəkildə vidalaşdı. Oyunun əvvəlində heç bir təhlükəli vəziyyət yaranmadı. Əsas hadisə isə referi Hakim Ben Əl-Hacinin zədələnməsi oldu. Onu əvəz edən Mikael Lelyu dərhal azarkeşlərin diqqətini çəkdi. Bu isə hakimin fiziki forması ilə bağlıdı: bodibilderə bənzəyən Lelyunu sanki zorla futbolkanın içinə salmışdılar. Hakimin ilk önəmli qərarı 27-ci dəqiqədə “Anje”nin qapısına penalti təyin etmək oldu. Ancaq “nöqtə”yə yaxınlaşan Dembele topu qapının üstündən vurdu.
Yeganə qol isə 50-ci dəqiqəyə təsadüf etdi. Due topu sol cinahdan cərimə meydançasına göndərdi, geri qaytarılan top Ruisin ayağına düşdü, o da imkanı boşa vermədi. Paytaxt klubu bundan sonra da topa nəzarət etsə də, təhlükəli vəziyyətlər nadir hallarda yaranırdı. Hər halda, PSJ ardıcıl 2-ci oyunda minimal hesabla qələbə qazandı.
“Marsel”in ilk turda “Renn”ə uduzduğu oyunun fasiləsində paltardəyişmə otağında Rabyo ilə Rou dalaşıb. Bunun nəticəsi kimi hər iki futbolçu transferə çıxarılıb. 22 yaşlı ingiltərəli bugünlərdə “Bolonya”ya 17 milyon avroya satılıb. Rabyo hələ komandanın üzvü kimi qalsa da, onun da yaxın günlərdə ayrılacağı gözlənilir. Roberto De Zerbinin çalışdırdığı komanda bu tur “Paris”i darmadağın etdi. Oyunun əvvəlində iki qol buraxan debütant 58-ci dəqiqədə hesabı bərabərləşdirsə də, 36 yaşlı Obameyanq 73-cü dəqiqədə komandasını növbəti dəfə irəli çıxardı. Sonradan Heybyerqlə Vaj da fərqləndi və hesab 5:2 oldu.
“Lill”in qonağı olan “Monako” bir qədər üstün təsir bağışlasa da, yeganə qol məhz “knyazlar”ın qapısına vuruldu. Təcrübəl Jiru 90+1-ci dəqiqədə onların qapısına yol tapdı. 8-ci uzatma dəqiqəsində “Monako” penalti ilə cəzalandırıldı. Dubl etmək istəyən Jiru topu qapının üstündən vurdu.
ÇL-in 3-cü təsnifat mərhələsində uduzandan sonra yola AL-də davam edən “Nitsa” “doğma divarlar” arasında “Oser”lə qarşılaşdı. İlk 21 dəqiqədə komandalar hərəyə bir qol vurdu. Ardından qonaqların müdafiəçisi Akpa topu öz qapısına göndərdi. Bəlkə də “Oser” 1 xala ümid edə bilərdi. Sadəcə, qapıçı Leon 45+1-ci dəqiqədə birbaşa “qırmızı” almaqla komandasını azlıqda qoydu. 76-cı dəqiqədə daha bir qol vuran “Nitsa” inamlı qələbə qazandı – 3:1.
“Mets”i qəbul edən “Lion” rəqib qapısından üç cavabsız top keçirdi. Hər iki oyunda qələbə qazanan “şirlər” turnir cədvəlinə başçılıq edir. Turun qalan oyunlarına gəlincə, “Loryan” “Renn”i darmadağın etdi, “Tuluza” Maqrinin dublu sayəsində “Brest”in öhdəsindən gəldi, “Strasbur” evdə “Nant”dan, “Lans” isə səfərdə “Havr”dan üstün oldu.
2-ci tur
PSJ – Anje 1:0

Ruis, 50. (47401)
PSJ: Şevalye, Hakimi, Markinyos, Paço, Mendeş, Neveş (Zair-Emeri, 66), Vitinya, Ruis, Due (Mbay, 77), Dembele (Li Kan İn, 81), Barkolya (Ramuş, 67).
Marsel – Paris 5:2
Qrinvud, 18-p. Obameyanq, 24; 73. Heybyerq, 81. Vaj, 90+6 – Kebbal, 28. Simon, 58. (64074)
Marsel: Rulyi, Murilyo, İqon-Rayli, Balerdi, U.Qarsiya (Kornelius, 90+1), Qomes, Heybyerq, Qrinvud, Quiri (Bakola, 90+1), Vea (Nadir, 63), Obameyanq (Vaj, 74).
Lill – Monako 1:0
Jiru, 90+1. (43549)
Monako: Qradetski, Teze (Vanderson, 74), Dayer, Mavissa, Enrike (Uattara, 85), Kamara, Zakariya, Akliuş, Minamino (Biret, 74), Qolovin (Ben-Seqir, 74), Baloqan.
Nitsa – Oser 3:1
Boqa, 3. Akpa, 24-öz qapısına. Moffi, 76 – Sinayoko, 21. (22175)
Lion – Mets 3:0
Fofana, 25. Tolisso, 30. Karabets, 83. (49853)
Loryan – Renn 4:0
Sumano, 45+4. Tosin, 47. Paji, 65. Le Bris, 69. (12400)
Havr – Lans 1:2
Dukure, 45+3 – Said, 9-p. Fofana, 40. (19375)
Strasbur – Nant 1:0
Emeqha, 81. (22468)
Tuluza – Brest 2:0
Maqri, 52; 65. (23158)
1. Lion 2 2 0 0 4-0 6
2. Tuluza 2 2 0 0 3-0 6
3. PSJ 2 2 0 0 2-0 6
4. Strasbur 2 2 0 0 2-0 6
5. Lill 2 1 1 0 4-3 4
5. Loryan 2 1 0 1 4-1 3
6. Marsel 2 1 0 1 5-3 3
7. Nitsa 2 1 0 1 3-2 3
8. Lans 2 1 0 1 2-2 3
9. Monako 2 1 0 1 3-2 3
10. Anje 2 1 0 1 1-1 3
11. Oser 2 1 0 1 2-3 3
12. Renn 2 1 0 1 1-4 3
14. Brest 2 0 1 1 3-5 1
15. Nant 2 0 0 2 0-2 0
16. Havr 2 0 0 2 2-5 0
17. Paris 2 0 0 2 2-6 0
18. Mets 2 0 0 2 0-4 0
Bombardirlər: Dumbiya (Brest), Obameyanq (Marsel), Sinayoko (Oser), Maqri (Tuluza), Jiru (Lill) – 2.
Turun rəqəmi
0 – cari mövsümün ilk iki turunda rəqibləri PSJ-nin qapısının çərçivəsinə bir zərbə də vurmayıb. Bu, “Opta”nın müvafiq statistikanı aparmağa başladığı 2006/07 mövsümündən bəri ilk belə haldı.
Turun ulduzu
Frank Maqri (Tuluza) – “Marsel”in ulduzu Obameyanq da dubl edib, sadəcə, “Paris”in debütant olduğunu unutmamalıyıq. Kamerunlu hücumçu isə dublla “Brest”i “ağ bayraq qaldırmağa” məcbur etdi.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Bu gün qazonun vəziyyəti çox pis idi, işimizi çətinləşdirirdi. Oyunçularıma təşəkkür etməliyəm, onların sayəsində meydanın vəziyyəti haqda düşünmürdüm. Yaxşı fiziki və texniki səviyyə hesabına qalib gəldik”.


Faktlar
* “Loryan” – “Renn” oyununda 11-ci dəqiqənin 4-cü saniyəsi gedəndə qonaqlardan Vu da qovuldu. 6-cı dəqiqədə isə Kamara eyni cəzaya layiq görülmüşdü. 1992/93 mövsümündən bəri Liqa 1-də heç bir komanda qırmızı vərəqə üzündən iki futbolçusunu belə erkən itirməyib.
* “Marsel”in start heyətində Fransa vətəndaşlığını daşıyan heç bir futbolçu yox idi. Bu, “Opta”nın müvafiq statistikanı apardığı 1947/48 mövsümündən bəri cənublularla bağlı ikinci belə haldı. Onlar 2003-cü il avqustun 8-də “Oser”lə oyuna da ancaq legionerlərlə çıxmışdı.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Avqust 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri