Martin Ryan ölkəsinə qayıtdı Fransa XİN əfv qərarını ALQIŞLADI
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla əfv olunan Fransa vətəndaşı Martin Ryan ölkəsinə qayıdıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “AnewZ” telekanalı yayıb.
Bildirilib ki, Fransaya casusluq ittihamı ilə məhkum olunan M.Ryan Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Nikola Lernerin müşayiəti ilə ölkəsinə qayıdıb.
“Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Nikola Lerner Bakıya gəlib və Fransa vətəndaşı Martin Ryanı Azərbaycandan çıxarkən müşayiət edib. Məlumatlı mənbələrin bildirdiyinə görə, Lerner Bakıya məhz Ryanı müşayiət etmək üçün gəlib. Martin Ryan Azərbaycanı təyyarə ilə tərk edib”, - məlumatda qeyd olunub.
Fransanın Avropa və Xarici İşlər Nazirliyi isə Martin Ryanın əfv edilməsi qərarını alqışlayıb.
Rəsmi Paris bunu münasibətlərin normallaşması istiqamətində atılan addım kimi qiymətləndirib.
“Bu, Fransanın alqışladığı humanitar bir jestdir”, - qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 23 Sentyabr 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















