Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Masada bir nəfər arxada beş dövlət PKK kimlərin əlindədir?

Masada bir nəfər arxada beş dövlət PKK kimlərin əlindədir?

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar, regiondakı terror strukturunun çoxqatlı təbiəti, İmralı məsələsinin strateji mahiyyəti və PKK-nın xarici şəbəkələrlə əlaqələri barədə Gununsesi.info  üçün geniş təhlil təqdim edib. Ekspert, Abdullah Öcalanın 1999-cu ildə ABŞ tərəfindən Türkiyəyə təhvil verilməsinin arxa planı, bu prosesin mümkün geosiyasi məqsədləri və İmralının regiondakı dinamika baxımından hansı rol oynaya biləcəyi ilə bağlı vacib suallara toxunur. Aşağıda Ağarın analitik yanaşmasını təqdim edirik:

Terrorçu başı Apo-nun 1999-cu ildə ABŞ tərəfindən Türkiyəyə təhvil verilməsi – o dövrün Baş naziri Ecevitin “Bizi nəyə görə verdilər, anlamadım” sözləri ilə yanaşı  – hələ də tam açılmamış bir tapmacadır. Bu təhvil nəticəsində təşkilat rəhbərinin məhkum statusu ilə Türkiyənin nəzarətinə keçməsi, İmralının əslində bir “gözləmə otağı” kimi planlanıb-planlanmadığı sualını açıq qoyur.
Bugünkü müzakirənin mahiyyəti isə budur: Ondan yenidən bir rol istənildiyi görünür və bu rol – “Türkiyənin unitar quruluşunun zədələnməsi və PKK-nın Suriyada dövlətləşməsi başda olmaqla” – çoxqatlı təhdidlər, təhlükələr və oyunlar ehtiva edir.

İmralı “bir gözləmə otağıdırmı” – buna qəti hökm verə bilmərəm, amma bir həqiqət var: ABŞ kimi bir dövlət heç nəyi sadəcə təhvil etməz; təhvil etdiyinə bir funksiya yükləyər. Ola bilsin, bu gecikmiş bir tapşırıqdır, zamanlaması xaricdə müəyyənləşdirilmiş bir roldur.

Gəlin bir az da sahada işlənən dildə danışaq: Türkiyənin təzyiqini alan və PKK terror təşkilatını yönləndirən böyük şəbəkə içində Apoya/İmralıya verilmiş rol; ölkənin içinə yerləşdirilmiş, “vaxtı gələndə aktivləşdiriləcək bir intihar mexanizmi, zamanlaması kənardan idarə olunan bir saatlı bomba” funksiyası idimi?
Qərarı sizə buraxıram.

“Terrorçu başı Apo-nun və ya İmralının ‘ən ciddi tərəf’ kimi qəbul edilməsinin” hansı fayda və zərərləri ola bilər?

Bu məsələ həyati əhəmiyyət daşıyır. Çünki “müzakirə tərəfi olmaq” sadəcə danışmaq deyil; eyni zamanda legitimlik yaradır, cəmiyyətin şüuraltına müəyyən bir hakimiyyət cümləsi yerləşdirir. Bir terrorçu dövlətlə eyni masaya oturdulduqda, cəmiyyətin şüuraltında dövlətin ontoloji üstünlüyünü zədələyən qaranlıq bir kölgə yaranır.

Və məncə bu prosesdə edilən ən böyük səhvlərdən biri:
“Çox düyümlü bir təhdidi – tək düyümlü bir müzakirə tərəfinə endirmək”dir.
“Ən ciddi / ən realist / nəticə verə biləcək yeganə tərəf Apo-dur, İmralıdır” yanaşması artıq institusionallaşmış bir yanılmadır.

Təhdidi və çözüm axtarışını düzgün qiymətləndirərkən aşağıdakı suallar əsasdır:

Terrorun nüvə mexanizmləri haradadır və kimlərin əlindədir?

Aktiv və passiv düyümlər hansılardır, kimlərdir, haralarda yerləşir, gücləri nədir?

Xarici siqnal mənbələri hansı ölkələr və kəşfiyyat servisidir, təsirləri nə qədərdir?

Prosesdə sui-istifadə edilən şəxsi/struktur zəifliklər, əlaqələr, alınan göstərişlər varmı? Havuç-sopa / vəd-təhdid mexanizmləri işə salınıbmı?

Daxildə və xaricdə fayda əldə edən aktorlar kimlərdir, niyyətləri nədir, qurulan prosesləri genişləndirirlər, yoxsa daraldırlar? Dövləti və unitar yapını zəiflədir, yoxsa gücləndirirlər?

Bu xüsusilə vacibdir. Çünki PKK yalnız bir düyümlü bir təşkilat deyil; çoxmərkəzli bir kölgə şəbəkəsidir:

ABŞ–CENTCOM-un Suriya elitləri,

İngiltərə və AB-nin Avropa diasporası,

İranın İraq–Süleymaniyyə/Sincar xətti və vəkil şəbəkəsi,

Kandilin daxili qruplaşmaları –
bir-birilə rəqabət içində olan kölgə operatorlardır.

“Müzakirə tərəfi” kimi seçilən hər fiqur, əslində digər kölgə şəbəkələrinin qapılarını da açır.
Masaya bir nəfər qoyduğunu sanarsan, amma əslində:

ABŞ-ın komanda otağına,

İsrailin örtülü əlaqələrinə,

İngiltərə kəşfiyyatının tarixi şəbəkələrinə,

İranın regional vekil xəttinə,

Kandilin daxili fraksiyalarına
pəncərə açmış olarsan.

Bu səbəbdən tək bir düyümə güvənmək, dövləti ən az dörd fərqli cəbhədə girov buraxmaq deməkdir.

PKK artıq klassik quruluş deyil

PKK “cüt düyüm sindromu” ilə işləyən, bir düyümü digər düyümün üstünə qaldıraraq Türkiyənin diqqətini dağdırmağa çalışan çoxqatlı bir şəbəkəyə çevrilib. Bu mexanizmi anlamadan tək bir düyümə yönəlmək, təhdidin ünvanını yanlış kodlamaqdır. Bu tuzaktır. Hətta İsrailin İranla, İranın isə İsraillə vuruşmasına səbəb ola biləcək qədər mürəkkəb bir tuzak!

Qazadakı hadisələrə bu kontekstdə bir də baxın — xatırlayırsınızsa, bu mövzuda xəbərdarlıq edilmişdi.

PKK-nı tək mərkəzdən idarə olunan bir struktur sanmaq – həm kəşfiyyat, həm də əməliyyat dizaynında kritik bir səhvdir. Buna görə də “kölgə operator ayrımı” seçim deyil, məcburiyyətdir. Əks halda strateji korluq qaçılmazdır.

İmralını “ana düyüm” kimi görmək – xarici aktorlar üçün ideal bir hücum vektoru

Çünki tək düyümü manipulyasiya edən, bütün şəbəkəni manipulyasiya edə bilir. Bu isə dövlət ağlını devre dışı buraxır, terror təşkilatını “beynəlxalq sinir şəbəkəsinə” çevirən xarici gücləri möhkəmləndirir və Türkiyənin qərar mexanizmini kənardan idarə edilə bilən hala gətirir.

Bu gün sahəyə baxan hər kəs görür ki, YPG/PKK/KCK çox fərqli yerlərdə, çox fərqli şəbəkələr vasitəsilə yerli–regional–qlobal qərar mərkəzlərinə bağlanıb.

Təşkilatı bu gün əsasən aşağıdakı altı xarici aktor yönləndirir:

ABŞ: himayə, idarəetmə, yönləndirmə, təlim, silah, logistika, hava qoruması

Rusiya: diplomatik manevr sahəsi açmaq

İran: kəşfiyyat və yeraltı şəbəkələr, vəkil elementlər

İngiltərə: tarixi dizayn, etnik-aşirət-dini fitnə mexanizmləri

Avropa: maliyyə, təbliğat, təşkilatlanma

İsrail: örtülü fəaliyyətlər və dolayı əlaqələr

Şam rejimi: ABŞ-ın yönləndirməsi, İsrailin təzyiqi və öz daxili teopolitik səbəbləri

ABŞ-ın YPG/PYD xəttini, İranın isə Haşdi-Şabi–Süleymaniyyə–yeraltı şəbəkələrini eyni təhdidi müxtəlif məqsədlərlə bəsləmək üçün istifadə etməsi belə bir çoxları tərəfindən hələ də tam başa düşülməyib.

Əlavə olaraq “Haseke–Şam, HTŞ–YPG, Colani–Kobani” asimmetrik-belirsizlik düyümünün açılması həyati vacibdir. Şamın HTŞ-Colani və ya YPG-Kobani düyümləri ilə belirsizlik yaratmaqdan imtina edib Suriya dövlətinin unitar protokoluna qayıtmasının vaxtı çoxdan keçib.

Bütün bu mürəkkəb qərar–təsir şəbəkəsi durarkən İmralını əsas müzakirə tərəfi etmək – təhdidi yanlış ünvanlamaqdır və xəritəni daha da dolaşıq hala salır.

Ayşən 

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri