Icma.az
close
up
RU
Masallı rayon təşkilatında YAPın yaradılmasının 32ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Masallı rayon təşkilatında YAPın yaradılmasının 32ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

21 noyabr 2024-cü il tarixdə YAP Masallı rayon təşkilatı aparatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Masallı Qəhrəmanlar Parkında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 32 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasınınqələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandırdığını diqqətə çatdıraraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası 32 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial diplomatiyasının uğurudur.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin Masallı nümayəndəliyi ərazi partiya təşkilatının sədri Ceyhun Bəşirov çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 32 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparır.

Tədbirdə şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Mehriban ƏzizovaYeni Azərbaycan Partiyasının 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyini bildirib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

YAP Masallı rayon təşkilatının gənc fəalı Rövşən Muxtarov çıxışında bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə çevrilib. Xalqımız öz Liderinə inanır, onu dəstəkləyir və onun ətrafında sıx birləşib.

YAP Masallı rayon təşkilatının veteran üzvü, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, partiya veteranlarından Ərəstun Əbilov, partiya fəallarından Əntiqə Tağıyeva və başqaları çıxışlarında bildirdilər ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycana sabitlik və tərəqqi gətirdi. Bu gün Azərbaycan qüdrətli və qalib dövlət kimi dünya birliyində söz sahibinə çevrilib.

Masallı rayon İcra hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiriAdəm Məhərrəmov çıxışında qeyd etdi ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu.

Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri