Icma.az
close
up
RU
Masallı rayonunda Türk Birliyi mövzusu müzakirəyə çıxarıldı

Masallı rayonunda Türk Birliyi mövzusu müzakirəyə çıxarıldı

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Masallı Dövlət Regional Kollecinin tərəfdaşlığı ilə “Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək” adlı tədbir keçirilib. Tədbirdə Kollecin müəllim tələbə heyəti iştirak edib.

Tədbirin aparıcısı Kollecin əyani şöbəsinin müdiri Nazim Əliyev türk dövlətlərinin birlik istiqamətində atdıqları addımlardan söz açıb. O, türk dünyasının gələcəkdəki birlik perspektivini yüksək dəyələndirib.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, BDU-nun Jurnlaistika fakültəsinin müəllimi, Crossmedia.az saytının baş redaktoru, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü geniş çıxışında Türk Dövlətləri Təşkilatının yaranması, görülən işlər barədə danışıb. O, türk dünyasının birlik çalışmalarının uzun bir məsafə qət etdiyini və bugünkü perspektivli duruma gəlib çatdığını qeyd edib. M.Göyüşlünün sözlərinə görə Azərbaycan dövlətinin, onun prezidenti İlham Əliyevin türk birliyi istiqamətində Türkiyə ilə birgə atdığı addımlar bu prosesi daha da genişləndirib, gücləndirib. Təşkilat sədri qeyd edib ki, bu birliyin daha da genişlənməsi üçün əhali, xüsusən də gənclər arasında ideoloji təbliğat gücləndirilməlidir.

Tədbirdə çıxış edən Kollecin müəllimləri Elman Nəzərov, Rza Məmmədov, Lətifə Məmmədova türk birliyinin hazırkı durumu, perspektivi, Azərbaycanın burada oynadığı rol, birliyin güclənməsində təhsilin rolu, 44 günlük Vətən Müharibəsi, türk xalqlarını, onun gənclərini ideoloji təsirlərdən, zərərli fikirlərdən qorumağın vacibliyindən ətraflı bəhs ediblər.

İştirakçılar gələcəkdə də bu cür tədbirlərin davamlı olaraq keçirilməsini qərarlaşdırıblar. Müzakirələrdən sonra tədbir yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 İyun 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see282

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see196

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see175

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see172

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see172

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see159

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri