Icma.az
close
up
RU
Türk dünyasının birliyi prioritetdir

Türk dünyasının birliyi prioritetdir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət başçısı İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın hər bir sahədə qazandığı uğurların təqdimatı kimi dəyərləndirildi. Belə ki, ölkəmizin dayanıqlı iqtisadi inkişafından geniş bəhs edən cənab İlham Əliyev siyasi mövqeyimizin möhkəmlənməsini, beynəlxalq münasibətlər sistemində artan rolumuzu, tarixi Zəfərimizdən ötən beş ildə görülən işləri, hərbi gücümüzün artırılması istiqamətində atılan addımları, müasir dövrün çağırışlarını əsaslı şəkildə diqqətə çatdırdı. Diqqəti xarici siyasət uğurlarımıza yönəldən cənab İlham Əliyev Türk dünyasının birliyini xüsusi vurğuladı. 2025-ci ildə keçirilən, həmçinin Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər sırasında Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü xüsusi vurğuladı. Qeyd etdi ki, bu, bir daha Türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlamışdır. Birinci qeyri-rəsmi Zirvə Şuşada keçirilmişdir, rəsmi Zirvə Qəbələdə və bu ənənəni indi digər ölkələr də davam etdirirlər. Artıq qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirilmişdir. Yəqin ki, bu il də keçiriləcək. Yəni xarici siyasət istiqamətində yekunlarla bağlı çox danışmaq olar. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində “Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammitində Sizin çıxışınızda türk dövlətləri arasında hərbi əməkdaşlıq elementi xüsusilə hiss olundu. Bu, Sizin təklif idi” sualına cavab olaraq bildirdi ki, bəli. Birinci dəfə deyil ki, mən bu Zirvə görüşlərində bu məsələyə toxunuram. Çünki bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir: “Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir”.

Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində prioritetdir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən cənab İlham Əliyevin bu həmrəyliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar davamlıdır və türk dövlətləri tərəfindən yüksək dəyərləndirilir. Tarixi Zəfərimiz bu birliyin də möhkəmləndirilməsinə geniş imkanlar açdı. Hazırda dünya bu birliyi bütün sahələrdə, o cümlədən azad Qarabağımızın və azad Şərqi Zəngəzurumuzun bərpasında daha aydın şəkildə görür.
Prezident İlham Əliyev müsahibəsində bu məqamı da qeyd etdi ki, biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində əməkdaşlıq edirik. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. “Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar” söyləyən cənab İlham Əliyev vurğuladı ki, yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli, gərək sual verəsiniz “Kim bunu dəstəkləmədi?”. Ölkə Prezidenti bütün üzv ölkələrin bunu dəstəkləyəcəyinə inamı ifadə etdi.
Cənab İlham Əliyev müsahibəsində xarici siyasətimizin uğurları sırasında Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizi də xüsusi vurğuladı. Bildirdi ki, bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik: “Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə Görüşündə artıq tamhüquqlu üzv seçildik. Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır”.
Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ölkəmizin ötən il ərzində keçdiyi yolun ümumiləşdirilmiş və gələcək hədəflərin açıq şəkildə təqdim olunduğu mühüm siyasi platformaya çevrilib.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see318

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see225

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see214

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see210

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see209

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see204

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see187

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see180

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see177

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see177

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see173

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see169

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see167

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see165

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see160

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see159

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see157

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see156

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see156

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri