Icma.az
close
up
RU
Güclənən Türk dünyası birliyi...

Güclənən Türk dünyası birliyi...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək

Aprelin 17-dən 19-dək Türkiyədə keçiriləcək Antalya Diplomatiya Forumu (ADF-2026) dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, həmçinin nazirləri bir araya gətirəcək. “Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək” mövzusunda keçiriləcək tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında qardaş ölkənin xarici siyasət idarəsinin ev sahibliyi ilə baş tutacaq. İlk dəfə 2021-ci ildə keçirilən Antalya Diplomatiya Forumu bu il 150-dən çox ölkədən 20-dən çox dövlət və hökumət başçısı, təxminən 15 dövlət və hökumət başçısının müavini, 50-dən çox nazir (bunlardan 40-dan çoxu xarici işlər naziridir) və beynəlxalq təşkilatlardan 75 nümayəndə, eləcə də akademiklər və tələbələr də daxil olmaqla təxminən 5000 qonağın iştirakı ilə keçiriləcək. Dövlət başçılarının təxminən yarısının Afrika və Avropadan, xarici işlər nazirlərinin isə Afrika, Avropa və Asiyadan olacağı gözlənilir.

“ADF-2026” çərçivəsində 40-dan çox tədbir keçiriləcək

“ADF-2026” çərçivəsində panellər də daxil olmaqla 40-dan çox tədbir və sessiyanın keçirilməsi planlaşdırılır. Sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər və transformasiya prosesləri, eləcə də regional inkişaflar da daxil olmaqla geniş məsələlər müzakirə olunacaq, siyasi, iqtisadi, ekoloji və texnoloji oxlarla formalaşan əsas gündəm maddələri müzakirələrin mərkəzində olacaq. Bundan başqa, “ADF-2026” çərçivəsində Balkan Sülh Platforması xarici işlər nazirlərinin üçüncü görüşü, Qəzza ilə bağlı səkkiztərəfli görüş və Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı-Misir toplantısı da keçiriləcək.

Forumda  Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası nəzərdə tutulur. Xatırladaq ki, ötən il “ADF-2025” çərçivəsində “Türk Dövlətləri Təşkilatı: Özünəməxsus bir əməkdaşlıq modeli” mövzusunda panel iclas keçirilmişdi. Tədbirdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Türk Dövlətləri Təşkilatının  Baş katibi Kubanıçbek Ömüralıyev, TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Özbəkistan Ali Məclis Senatı sədrinin birinci müavini Sodiq Safoyev, Qırğızıstan Prezidentinin xüsusi nümayəndəsi, bu ölkənin xarici işlər nazirinin müavini Asein İsayev iştirak etmişdilər.

Kapadokya Universitetinin rektoru Hasan Ali Karasarın moderatorluğu ilə keçirilən paneldə Türk Dövlətləri Təşkilatı ölkələri arasındakı əməkdaşlığın ticarət, enerji, maliyyə, turizm, təhsil, mədəniyyət kimi mühüm sahələri əhatə etdiyi vurğulanmış, çıxış edənlər bildirmişdilər ki, ortaq kimlik və regional mənsubiyyət əsasında qurulan və əməkdaşlıq sahələri hər gün daha da dərinləşən TDT güclü siyasi iradə əsasında formalaşaraq beynəlxalq quruma çevrilib.

TDT XİN başçılarının görüşləri ənənə halını alıb

Onu da qeyd edək ki, TDT üzv ölkələrinin XİN başçılarının görüşləri ənənəvi xarakter daşıyır. Bu formatda sonuncu qeyri-rəsmi toplantı ötən ay - martın 6-da İstanbulda baş tutmuşdu. Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi etdiyi iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov və Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və onları müşayiət edən nümayəndə heyətləri iştirak ediblər.

İclasda ilk olaraq ev sahibi qismində Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi və Türk Dövlətləri Təşkilatının sədrliyini həyata keçirən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış ediblər. Hər iki nazir üzv dövlətlər arasında sıx koordinasiyanın davam etdirilməsinin və təşkilatın prioritetlərinin irəli aparılmasının vacibliyini vurğulayıblar.

Toplantıda nazirlər regional və qlobal inkişaflar barədə geniş məsləhətləşmələr aparıblar. Xüsusilə də yaxın regionlarda silahlı münaqişələrin və hərbi əməliyyatların genişlənməsi nəticəsində yaranan insan tələfatına və humanitar çağırışlara diqqət yetirilib. Həmçinin Yaxın Şərqdə zorakılığın son vaxtlar artmasından və onun dağıdıcı nəticələrindən dərin narahatlıq ifadə olunub, günahsız mülki şəxslərin həyatını təhlükəyə atan və regional sabitliyə xələl gətirən bütün hərəkətlər pislənilib.

Nazirlər, eyni zamanda TDT çərçivəsində mövcud gündəliyi müzakirə edərək siyasi dialoqun gücləndirilməsi, korporativ əməkdaşlığın inkişaf etdirilməsi və türk dünyasında inteqrasiyanın daha da dərinləşdirilməsinə yönəlmiş ortaq təşəbbüslərin irəlilədilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar. Bu çərçivədə regional və beynəlxalq səviyyədə dialoq, əməkdaşlıq və tərəfdaşlıqları təşviq etməyi və TDT-nin çoxtərəfli diplomatiya sahəsində təsirini artırmağı hədəfləyən TDT+ formatı və xarici tərəflərlə əməkdaşlıq qaydaları imzalanıb. İclasın sonunda xarici işlər nazirləri Yaxın Şərqdəki son inkişaflara dair birgə bəyanat qəbul ediblər.

Səmərəli müzakirələr...

Proseslər göstərir ki, dünyanın mövcud geosiyasi şərtləri fonunda türk dövlətləri arasında əməkdaşlıq münasibətləri bu gün daha vacib xarakter daşıyır. Xüsusilə Avrasiyada mühüm geostrateji proseslərin baş verdiyi zamanda türk dövlətləri arasında çoxşaxəli, səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir. XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı da öz gücünü artırmaqdadır.  Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Bu baxımdan, Antalya Diplomatiya Forumunda keçiriləcək TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşündə türk dünyasının birliyinin daha da gücləndirilməsi üçün səmərəli müzakirələrin aparılacağı şübhə doğurmur.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri