Masallıda 19 kiloqram narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Masallıda 19 kiloqram narkotikin qanunsuz dövriyyəsinin qarşısı alıb.
Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, Masallı rayonunda keçirilən əməliyyat zamanı 54 yaşlı İlham Səlimzadə tutulub. Ondan 19 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, psixotrop maddə metamfetamin və 800 ədəd metadon həbi aşkarlanıb.
İ.Səlimzadə ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


