Dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb FOTO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət Gömrük Komitəsi (DGK) külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıb.
Bu barədə Avtosfer.az Komitəyə istinadən xəbər verir.
Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda-ümumilikdə 7 565 ampula, 1 781 flakon, 10 207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1 238 şpirisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb.
Həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















