Icma.az
close
up
RU
Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib

Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Masallı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi yığıncaqda rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, dini icmaların rəhbərləri, ağsaqqallar və ziyalılar, ərazi nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət və media nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov bildirib ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizin inkişafına böyük töhfə verib. Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi Masallıda da məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını vurğulayıb: ”Sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır.”

Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev və Dövlət Təhlükəsizliyi Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi Elçin Xələfov çıxışlarında Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı və Qazılar Şurasının üzvü Rəşid Talıbov çıxış edərək məhərrəmlik mərasimlərində hər kəsi QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etməyə çağırıb. O bildirib ki, zəncir vurmaq, baş yarmaq və bədənə xəsarət yetirmək dində bəyənilmir. Bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak etməyin daha humanist və savab bir əməl olduğunu vurğulayıb.

Çıxışlarda məhərrəmlik mərasimlərinin İslamın mənəvi dəyərlərinə uyğun şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunub, bu istiqamətdə müsbət fikirlər səsləndirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 İyun 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri