Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Pirallahı rayonunda növbəti ümumrayon tədbiri keçirilib

Pirallahı rayonunda növbəti ümumrayon tədbiri keçirilib

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pirallahi Rayon icra Hakimiyyəti və “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin birgə əməkdaşlığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində “Yaşıl-dünya-sağlam həyat” başlıqlı ümumrayon tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktoru Azər Zeynalov, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, RİH başçısı Aparatının və “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin, idarə-müəssisə, təşkilatların rəhbərləri, məktəbəqədər, məktəbdənkənar və tam orta təhsil müəssisələrinin kollektivləri, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri iştirak ediblər. SİA xəbər verir ki, tədbirdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini əks etdirən video-çarx nümayiş etdirilib.

Tədbiri başçının birinci müavini Vəzir Səfixanov giriş nitqi ilə açaraq iqlim dəyişikliyinin yalnız ekosistemi deyil, həm də insanların sağlamlığını təhdid edən ciddi bir problem olduğunu vurğulayıb. Bildirilib ki, iqlim dəyişikliyi, atmosferdəki qazların artması, təbii resursların tükənməsi və ekosistemlərin pozulması kimi bir çox amilin nəticəsidir. Bu səbəbdən, iqlim dəyişikliklərinin insanların fiziki və zehni sağlamlığına necə təsir etdiyini dərindən başa düşmək vacibdir. Natiq, ölkəmizdə yaxın günlərdə uğurla keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından bəhs edərək ölkəmizinCOP29 kimi dünyanın mühüm tədbirlərindən birinə ev sahibliyi etməklə növbəti dəfə adını beynəlxalq aləmdə yaxşı mənada hallandırdığını vurğuladı. O da qeyd edildi ki, belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycana olan beynəlxalq etimadın təzahürüdür. Prezident İlham Əliyevin bu möhtəşəm tədbirin uğurla təşkil olunmasında göstərdiyi liderlik, ölkəmizin beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə və qlobal iqlim müzakirələrində Azərbaycanın aparıcı rolunun güclənməsinə böyük töhfə vermişdir. V.Səfixanov nitqinin sonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində rayonumuzda görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra çıxış edən “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Azər Zeynalov il ərzində müəssisə tərəfindən görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, müvafiq dövr ərzində bir çox ağacəkmə aksiyaları keçirilmiş, idman yarışları, maarifləndirici aksiyalar təşkil olunub. O da vurğulandı ki, tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Yekun olaraq, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edən Aynur Nabatova çıxış edərək, iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərinin geniş və mürəkkəb bir mövzu olduğunu və bunun, fiziki, psixoloji və sosial sağlamlığa ciddi təsir göstərə biləcəyini vurğulayıb. Qeyd edilib ki, iqlim dəyişikliyi ilə bağlı baş verən temperatur artımları, ekstremal hava hadisələrinin artması insanların fiziki sağlamlığına mənfi təsir göstərir. Temperaturun artması ilə əlaqəli olaraq istilik vurması, dəhşətli isti hava dalğaları xüsusilə yaşlılar, uşaqlar və ürək-damar xəstəlikləri olan şəxslər üçün təhlükəli ola bilər. Həmçinin, yüksək temperatur infeksiyaların yayılmasını da təşviq edir. Həddən artıq isti hava insanın immun sistemini zəiflədir və bu da müxtəlif infeksiyaların artmasına səbəb ola bilər. Eyni zamanda, hava çirkliliyinin artması ilə əlaqəli olaraq, tənəffüs xəstəliklərinin yayılması da müşahidə edilir. Bu xüsusilə şəhər ərazilərində, avtomobil və sənaye tullantılarının havada yüksək səviyyədə olduğu yerlərdə daha çox nəzərə çarpır.

Çıxışların yekunlaşmasından sonra tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri