Icma.az
close
up
RU
Masallıda Ümumrayon valideyn konfransı keçirilib

Masallıda Ümumrayon valideyn konfransı keçirilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dekabrın 18-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində ümumrayon valideyn konfransı təşkil olunub.

XQ xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, ümumtəhsil məktəblərinin direktorları və valideynlər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov konfransın əsas məqsədinin məktəb–valideyn–cəmiyyət əməkdaşlığının gücləndirilməsi, uşaqların sağlam mənəvi mühitdə formalaşması, yetkinlik yaşına çatmayanlar arasında narkomaniya və erkən nikah hallarının qarşısının alınmasında valideyn məsuliyyətinin artırılması olduğunu diqqətə çatdırıb.

Konfrans çərçivəsində Lənkəran Dövlət Dram Teatrının kollektivi tərəfindən xüsusi hazırlanmış sosial səhnəcik nümayiş etdirilib. Səhnəcikdə ailə daxilində zorakılığın və onun cəmiyyətə mənfi təsirləri bədii formada təqdim olunaraq, zorakılığa qarşı mübarizənin hər bir fərdin məsuliyyətindən başladığı mesajı verilib.

Çıxış edənlər gender bərabərliyinin təmin edilməsinin, qadın və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Sonda bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin davam etdiriləcəyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see406

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see301

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see229

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see224

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see222

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see219

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see218

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see207

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see204

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see195

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see194

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see190

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see187

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see186

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see179

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see178

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see174

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see166

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see163

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri