Icma.az
close
up
RU
Masazır bələdiyyəsi BU QƏDƏRMİ HARINLAYIB?.. Şəhid ailəsi ŞİKAYƏTÇİDİR

Masazır bələdiyyəsi BU QƏDƏRMİ HARINLAYIB?.. Şəhid ailəsi ŞİKAYƏTÇİDİR

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəhid ailəsi onlara məxsus olan həyətyanı torpaq sahəsinin zəbt edildiyini iddia edir. 

“Qafqazinfo”ya müraciət edən şəhid Saleh Səfərovun atası Səfərov İrzəxan Həmzəxan oğlu bildirib ki, ona məxsus 0.06 ha həyətyanı torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən qanunsuz olaraq ələ keçirilib.

Ata deyir ki, Masazır bələdiyyəsinin 16.04.2007-ci tarixli, 17 saylı qərarına əsasən, alqı-satqı müqaviləsi ilə İslamova Zümrüd Rəşid qızına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsini notarial qaydada 24.12.2024-cü ildə alıb.

Daha sonra torpağı rəsmi olaraq adına keçirmək üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinə müraciət edib: “Qurumun 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən isə bildirildi ki, torpaq başqa vətəndaşa məxsus torpaq sahəsilə üst-üstə düşdüyündən çıxarış almaq mümkün deyil. Qanunla mənə məxsus olan torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən başqa şəxsə satılıb. Bu işdə hətta Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin keçmiş müdiri Elvin Quliyevin də əli olub”.

Məsələyə aydınlıq gətirmək üçün Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri, hazırda isə sədr müavini olan Elşad Sadıqovla əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədi.

Yeni seçilən bələdiyyə sədri Firdovsi Cəlalov isə suallarımızı belə cavablandırdı: “Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bununla bağlı cinayət işi açılıb. Dünən də məhkəmə iclası olub, hazırda proses davam edir. Bəzi lazım olan sənədlər də təqdim ediləndən sonra növbəti məhkəmə iclası keçiriləcək”.

***

Abşeron Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, vətəndaş Səfərov İrzəxan Həmzəxan oğlunun ona məxsus torpaq sahəsinin başqa şəxslərə satılması barədə yayılan məlumatlar bir müddət öncə Abşeron RİH tərəfindən araşdırılıb: “Müəyyən olunub ki, Vətən müharibəsi şəhidi Saleh İrzəxan oğlu Səfərovun atası, Yardımlı rayon qeydiyyatında olan Səfərov İrzəxan Həmzəxan oğlu ona məxsus olduğunu iddia etdiyi 0,06 ha torpaq sahəsi Abşeron rayonu Masazır bələdiyyəsinin 06.04.2007-ci il tarixli, 17 saylı Qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə fiziki şəxs İslamova Zümrüd Rəşid qızına ayrılıb, lakin ötən müddət ərzində vətəndaş mülkiyyət hüququnu təsdiq edən sənəd almayıb. Səfərov İrzəxan həmin torpaq sahəsini İslamova Zümrüd Rəşid qızından aralarında əldə olunmuş razılıq əsasında aldığını bildirib (RİH-ə alqı-satqı üzrə sənəd təqdim etməyib), lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumlarına etdiyi müraciəti zamanı çətinliklərlə üzləşib. Vətəndaş üzləşdiyi problemin Masazır bələdiyyəsindən qaynaqlandığını zənn edərək aidiyyəti qurumlara şikayət edib.

Araşdırma zamanı müəyyən edilib ki, vətəndaş İslamova Zümrüd Rəşid qızına ayrılmış torpaq sahəsi hal-hazırda Masazır bələdiyyəsinin mülkiyyətindədir və hər hansı digər şəxsin adına sənədləşdirilməyib. Ərizə müəllifinin vəkili Abşeron Rayon İcra Hakimiyyətində və Masazır bələdiyyəsində qəbul edilib və yuxarıda qeyd olunanlar barəsində ona məlumat verilib”.

Abşeron RİH-dən, həmçinin bildirilib ki, İslamova Zümrüd Rəşid qızının adına Masazır bələdiyyəsi tərəfindən verilmiş 17 nömrəli 16 aprel 2007-ci il tarixli torpaqayırma sənədlərinin arxiv nüsxələrində torpaq sahəsinin yer quruluşu planının hazırda şikayətçi tərəfindən təqdim olunan yer quruluşu planı arasında fərqlər aşkarlanıb: “Ona görə də sözügedən qərarla ayrılmış torpaq sahəsinin şikayətçinin iddia eydiyi sahə ilə üst-üstə düşüb-düşməməsi halının araşdırılması zərurəti yaranıb. Bu məqsədlə Masazır bələdiyyəsi tərəfindən Rayon Dövlət Arxivinə və digər aidiyyatı qurumlara müraciətlər ünvanlanıb.

Əlavə olaraq qeyd edək ki, son zamanlar Abşeron rayonu ərazisində, xüsusi ilə də rayonun Masazır kəndində torpaq işbazları şəhid ailələri və qazilərin adından, onların nüfuzlarından istifadə edərək saxta sənədlər düzəltməklə dövlət və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrinə iddia edirlər. Bu səbəbdən də məsələnin araşdırılması ilə bağlı aidiyyatı qurumlardan veriləcək cavabların nəticələrindən asılı olaraq lazimi hüquqi tədbirlər görüləcək”.

Qeyd edək ki, Saleh Səfərov 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri