Icma.az
close
up
RU
Masazır bələdiyyəsi BU QƏDƏRMİ HARINLAYIB?.. Şəhid ailəsi ŞİKAYƏTÇİDİR Yeni Gündəm

Masazır bələdiyyəsi BU QƏDƏRMİ HARINLAYIB?.. Şəhid ailəsi ŞİKAYƏTÇİDİR Yeni Gündəm

Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhid ailəsi onlara məxsus olan həyətyanı torpaq sahəsinin zəbt edildiyini iddia edir. 

“Qafqazinfo”ya müraciət edən şəhid Saleh Səfərovun atası Səfərov İrzəxan Həmzəxan oğlu bildirib ki, ona məxsus 0.06 ha həyətyanı torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən qanunsuz olaraq ələ keçirilib.

Ata deyir ki, Masazır bələdiyyəsinin 16.04.2007-ci tarixli, 17 saylı qərarına əsasən, alqı-satqı müqaviləsi ilə İslamova Zümrüd Rəşid qızına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsini notarial qaydada 24.12.2024-cü ildə alıb.

Daha sonra torpağı rəsmi olaraq adına keçirmək üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinə müraciət edib: “Qurumun 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən isə bildirildi ki, torpaq başqa vətəndaşa məxsus torpaq sahəsilə üst-üstə düşdüyündən çıxarış almaq mümkün deyil. Qanunla mənə məxsus olan torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən başqa şəxsə satılıb. Bu işdə hətta Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin keçmiş müdiri Elvin Quliyevin də əli olub”.

Məsələyə aydınlıq gətirmək üçün Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri, hazırda isə sədr müavini olan Elşad Sadıqovla əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədi.

Yeni seçilən bələdiyyə sədri Firdovsi Cəlalov isə suallarımızı belə cavablandırdı: “Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bununla bağlı cinayət işi açılıb. Dünən də məhkəmə iclası olub, hazırda proses davam edir. Bəzi lazım olan sənədlər də təqdim ediləndən sonra növbəti məhkəmə iclası keçiriləcək”.

***

Abşeron Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, vətəndaş Səfərov İrzəxan Həmzəxan oğlunun ona məxsus torpaq sahəsinin başqa şəxslərə satılması barədə yayılan məlumatlar bir müddət öncə Abşeron RİH tərəfindən araşdırılıb: “Müəyyən olunub ki, Vətən müharibəsi şəhidi Saleh İrzəxan oğlu Səfərovun atası, Yardımlı rayon qeydiyyatında olan Səfərov İrzəxan Həmzəxan oğlu ona məxsus olduğunu iddia etdiyi 0,06 ha torpaq sahəsi Abşeron rayonu Masazır bələdiyyəsinin 06.04.2007-ci il tarixli, 17 saylı Qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə fiziki şəxs İslamova Zümrüd Rəşid qızına ayrılıb, lakin ötən müddət ərzində vətəndaş mülkiyyət hüququnu təsdiq edən sənəd almayıb. Səfərov İrzəxan həmin torpaq sahəsini İslamova Zümrüd Rəşid qızından aralarında əldə olunmuş razılıq əsasında aldığını bildirib (RİH-ə alqı-satqı üzrə sənəd təqdim etməyib), lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumlarına etdiyi müraciəti zamanı çətinliklərlə üzləşib. Vətəndaş üzləşdiyi problemin Masazır bələdiyyəsindən qaynaqlandığını zənn edərək aidiyyəti qurumlara şikayət edib.

Araşdırma zamanı müəyyən edilib ki, vətəndaş İslamova Zümrüd Rəşid qızına ayrılmış torpaq sahəsi hal-hazırda Masazır bələdiyyəsinin mülkiyyətindədir və hər hansı digər şəxsin adına sənədləşdirilməyib. Ərizə müəllifinin vəkili Abşeron Rayon İcra Hakimiyyətində və Masazır bələdiyyəsində qəbul edilib və yuxarıda qeyd olunanlar barəsində ona məlumat verilib”.

Abşeron RİH-dən, həmçinin bildirilib ki, İslamova Zümrüd Rəşid qızının adına Masazır bələdiyyəsi tərəfindən verilmiş 17 nömrəli 16 aprel 2007-ci il tarixli torpaqayırma sənədlərinin arxiv nüsxələrində torpaq sahəsinin yer quruluşu planının hazırda şikayətçi tərəfindən təqdim olunan yer quruluşu planı arasında fərqlər aşkarlanıb: “Ona görə də sözügedən qərarla ayrılmış torpaq sahəsinin şikayətçinin iddia eydiyi sahə ilə üst-üstə düşüb-düşməməsi halının araşdırılması zərurəti yaranıb. Bu məqsədlə Masazır bələdiyyəsi tərəfindən Rayon Dövlət Arxivinə və digər aidiyyatı qurumlara müraciətlər ünvanlanıb.

Əlavə olaraq qeyd edək ki, son zamanlar Abşeron rayonu ərazisində, xüsusi ilə də rayonun Masazır kəndində torpaq işbazları şəhid ailələri və qazilərin adından, onların nüfuzlarından istifadə edərək saxta sənədlər düzəltməklə dövlət və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrinə iddia edirlər. Bu səbəbdən də məsələnin araşdırılması ilə bağlı aidiyyatı qurumlardan veriləcək cavabların nəticələrindən asılı olaraq lazimi hüquqi tədbirlər görüləcək”.

Qeyd edək ki, Saleh Səfərov 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Gülnar Əliyeva



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 06 Mart 2025 03:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see157

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see145

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see141

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see139

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see136

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see135

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see134

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see134

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see133

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see130

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see130

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see128

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see127

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see126

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see124

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see123

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see123

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see122

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see118

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri