Icma.az
close
up
RU
Masazır bələdiyyəsi şəhid atasının torpağını mənimsəyib?

Masazır bələdiyyəsi şəhid atasının torpağını mənimsəyib?

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Masazır bələdiyyəsi Şəhid atası Səfərov İrzəxan Həmzəxan oğluna məxsus olduğu iddia edilən 0.06 ha həyətyanı torpaq sahəsini zəbt etməkdə ittiham olunur.

Metbuat.az xəbər verir ki, şəhidin ailə üzvlərinin Bakues.az-a açıqlamasında onlara məxsus olan torpaq sahəsinin qanunsuz ələ keçirildiyi bildirilib.

Şəhid atasının sözlərinə görə, Masazır bələdiyyəsinin 16.04.2007-ci il tarixli, 17 saylı qərarına əsasən alqı-satqı müqaviləsi ilə İslamova Zümrüd Rəşid qızına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsini notarial qaydada 24.12.2004-cü ildə alıb.

Daha sonra torpağı rəsmi olaraq adına keçirmək üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edib. Qurumun 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən bildirilib ki,torpaq sahəsi başqa vətəndaşa məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə çıxarış almaq mümkün deyil.

İrzəxan Səfərov iddia edir ki, qanunla ona məxsus olan torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən başqa şəxsə satılıb. Hətta bu məsələdə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin keçmiş müdiri Elvin Quliyevin də əli var.

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Abşeron rayonu, Masazır bələdiyyəsinin sabiq sədri, hazırda isə sədr müavini olan Elşad Sadıqovla əlaqə saxladıq. Lakin zənglərimizə cavab verilmədi. Daha sonra yeni təyin olunan bələdiyyə sədri Firdovsi Cəlalovla əlaqə saxladıq.

O, bu məsələ ilə əlaqəsinin olmadığını bildirdi:

“Mən yeni təyin edilmişəm. Elşad mənim müavinimdir. Məsələnin təfərrüatı ilə bağlı heç bir məlumatım yoxdur. Sadəcə onu deyə bilərəm ki, hazırda bu məsələ ilə bağlı məhkəmə prosesi gedir”.

Ümid edirik ki, məsələyə düzgün hüquqi qiymət veriləcək. Bir məsələ də var ki, deyəsən bəzi məmurlar Prezident İlham Əliyevin vətəndaşı incidən məmurlara xəbərdarlığını unudublar. Unudublarsa, xatırladaq.

Ölkə başçısı Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu sözləri deyib:

“Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridirlər. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”.

Masazırın sabiq bələdiyyə sədri Elşad Sadıqovun zənglərimizi açmamasının səbəbi müəmmalıdır.

“Məsələ həll edilməsə, özümü elə bələdiyyənin önündə yandıracağam” deyən şəhid atasının isə yeganə ümidi ölkənin əsas aparıcı güc strukturlarından olan hüquq-mühafizə orqanlarının çıxaracağı qərardır.

Məsələ ilə bağlı qarşı tərəfin, Masazırın sabiq bələdiyyə sədri, hazırda isə sədrin müavini olan Elşad Sadıqovun mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, şəhid Saleh Səfərov 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri