Icma.az
close
up
RU
Masazır qəsəbəsində illərdir fəaliyyət göstərən klinika yerləşdiyi əmlaka mülkiyyət sənədi ala bilmir

Masazır qəsəbəsində illərdir fəaliyyət göstərən klinika yerləşdiyi əmlaka mülkiyyət sənədi ala bilmir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən və klinika kimi fəaliyyət göstərən “Xəzər Qayğıkeşlik Layihəsi” ictimai birliyinin rəhbərliyi bu tibb müəssisəsinin yerləşdiyi əmlaka mülkiyyət sənədi ala bilmir.

Bizimyol.info xəbər verir ki, klinika rəhbərliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən imtina cavabından sonra məhkəməyə üz tutub. Tələb edib ki, “Xəzər Qayğıkeşlik Layihəsi”nin yerləşdiyi, ümumi sahəsi 1343.51 kvadrat metr olan ikimərtəbəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

İddia ərizəsində göstərilib ki, “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı 22 dekabr 1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb: “Təşkilatın əsas məqsədi Azərbaycan xalqına şəfa və yardım göstərmək, əhalinin yoxsul təbəqəsini tiblə təmin etmək, əlillərə imtiyazlı tibbi-sosial xidmətlər göstərməkdən ibarətdir”.

“Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı 2001-ci ildə alqı-satqı müqaviləsi ilə Masazır kəndi ərazisində 0.32 hektar tikinti üçün və 2.86 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olmaqla, ümumi sahəsi 3.18 hektar torpaq sahəsi alıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi 2002-ci ildə torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verib.

Masazır kəndində yerləşən 0,3148 hektar torpaq sahəsində 2005-2007-ci illərdə ümumi sahəsi 1343.51 kvadrat metr olan, ikimərtəbəli qeyri-yaşayış sahəsi - klinika tikiblər. Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış komissiyanın 2007-ci ildə imzaladığı Aktla “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar Təşkilatı tərəfindən inşası başa çatmış klinika binasının istismara qəbul edilməsi barədə qərar qəbul edilib.

Abşeron rayon İcra Hakimiyyəti yanında Memarlıq və Tikinti şöbəsi tərəfindən binanın eskiz layihəsi təsdiq edilib, binaya texniki baxış rəyi verilib. Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən təşkilat tərəfindən inşa edilmiş ikimərtəbəli binaya 09 iyul 2008-ci ildə Daşınmaz Əmlakın Texniki Pasportu verilib.

“Xəzər Qayğıkeşlik Layihəsi” 2024-cü ildə mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi ikimərtəbəli klinikaya dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəsə də, imtina cavabı alıb. Bundan sonra məhkəmədə iddia qaldırılıb.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin nümayəndəsi məhkəmədə klinika rəhbərliyinin tələbinə etiraz edib: “Əmlak kompleksi kimi müəssisənin tikintisinə icazə verilməsi barədə sənədlər və qanuna müvafiq qaydada təsdiq olunmuş eskiz layihə müraciətə əlavə olunmayıb. Həmçinin sözügedən torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir”.

Məhkəmə klinika rəhbərliyinin iddiasını təmin etməyib. Bu qərardan apellyasiya şikayəti verilib. Lakin apellyasiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Beləliklə, Masazırda fəaliyyət göstərən klinika hələ də mülkiyyət sənədi ala bilmir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri