Icma.az
close
up
RU
Masazır sakinlərinə ŞAD XƏBƏR VİDEO

Masazır sakinlərinə ŞAD XƏBƏR VİDEO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda əsaslı təmir işlərinə start verilib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, iki hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 9 metrdir.
 

Sözügedən yol uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən hərəkət hissəsində deformasiyalar yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdir. Bu isə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə törədirdi. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud problemlər aradan qaldırılır.


Təmir işləri zamanı yol boyu zəruri sahələrdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilir. Eyni zamanda yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Bundan başqa, vətəndaşların rahat hərəkətinin təmin edilməsi məqsədilə yol boyunca mövcud piyada səkisi də bərpa olunur.
Aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra yolun istismara tam yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən avtomobil yolu Agentliyin balansında olmasa da, vətəndaşların müraciətləri və mövcud vəziyyət nəzərə alınaraq yolun əsaslı təmiri həyata keçirilir.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Yanvar 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri