Icma.az
close
up
RU
Sumqayıtda ər arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Sumqayıtda ər arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhərində 1975-ci il təvəllüdlü Kərim ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevincə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 noyabr 2024-cü ildə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. 
Lerik rayon sakini Kərim həmin gün gecə saat 2 radələrində qəsəbə ərazisində əvvəllər faktiki olaraq ər-arvad münasibətlərində olduğu Sevincin kirayə yaşadığı fərdi yaşayış evinin giriş qapısının qarşısında onunla aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı həyətdən götürdüyü taxta parçası ilə sağ qol nahiyəsinə qəsdən vurub. 
Hadisəni törədən Kərimin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kərim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2018-ci ildə həyat yoldaşı Xatun  dünyasını dəyişib: “Birinci evliliyimdən 4 övladım var və övladlarımı saxlamaq üçün işləmək məqsədilə Sumqayıt şəhərinə gələrək burada işlədim. 2021-ci ildə Sevinc ilə tanış oldum. Həmin vaxt Sevincin 2 azyaşlı övladı olub və hamilə vəziyyətdə olub. Biz Sevinc ilə birlikdə yaşamaq qərarına gəldik. Mən Sevincin kirayə yaşadığı fərdi həyət evinə köçdüm. Onunla rəsmi nigah bağlamadım. Lakin Sevincin üçüncü övladı Səmaya atalıq hüququ verdim. Birlikdə yaşamağa başladıqdan sonra Sevinci 3 övladı ilə birlikdə yaşadığım Lerik rayonunun kəndinə apardım. Biz təxminən 8 ay kənddə yaşadıq”. 
Kərim qeyd edib ki, 2024-cü ilin mart ayında Sevinc kənddə yaşamağın çətin olduğunu, şəhərə qayıtmaq istədiyini bildirib: “Bundan sonra biz yenidən Sumqayıt şəhərinə qayıtdıq. Lakin, həmin vaxtdan sonra Sevincin mənə xəyanət elədiyini, mən işdə olan zaman başqa şəxslərlə telefonda danışması və hətta görüşməsi barədə şübhələrim yarandı. Bundan sonra yəni, 2024-cü ilin aprel ayında biz ayrıldıq. Mən bəzi vaxtlar Lerik rayonunda olmuşam, bəzi vaxtlar isə qısa müddətlik Sumqayıt şəhərinə gələrək burada qardaşım İslamın evində qalmışam. Lakin həmin müddət ərzində mən hər ay Sevincin kart hesabına müxtəlif məbləğlərdə pul vəsaiti köçürmüşəm”.
Kərimin ifadəsinə görə, növbəti  günlərin birində Sevincə zəng edib və Səmanı görməyə gələcəyini bildirib: “Noyabrın 10-da Lerik rayonundan yola düşdüm və növbəti gün, gecə saat təxminən 2 radələrində Sevincin yaşadığı qəsəbəyə gəldim. Həyətə daxil olduqdan sonra evə yaxınlaşaraq giriş qapısını bir neçə dəfə döydükdən sonra Sevinc içəridən qapını döyən şəxsin kim olduğunu soruşdu. Mən cavab vermədim. Daha sonra Sevinc qapını açaraq ətrafa boylandı. Bu zaman mən içəri daxil oldum. Həmin vaxt içəridən kişi səsinin gəldiyini eşitdim. İçəri daxil olan zaman Sevinc və onun azyaşlı oğlu Tural məndən bayıra çıxmağı tələb etdi. Sevincdən evdə kimin olduğunu soruşdum. Lakin Sevinc evdə heç kimin olmadığını bildirərək məni itələdi və qapıdan bayıra çıxardı. Həmin vaxt əsəbləşərək ətrafdan taxta parçası götürərək Sevinci vurmaq istədim. Həmin vaxt Sevinc sağ qolu ilə baş və sifət nahiyyəsini tutdu. Əlimdə olan taxta parçası Sevincin sağ qolunun dirsək nahiyyəsinə dəydi. Bundan sonra Sevinc yerə yıxıldı və qışqırmağa başladı. Bu səbəbdən mən həyəti tərk edərək Lerik rayonuna qayıtdım”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sevincin sözlərinə görə, Kərim onun keçmiş qeyri-rəsmi nikahda olduğu həyat yoldaşıdır: “Mən Kərim ilə 2021-ci ildə tanış olmuşam və 2024-cü ilin aprel ayına qədər birlikdə yaşamışıq. Qeyri-rəsmi nikahdan 2022-ci il təvəllüdlü bir azyaşlı qız övladımız var. Sonradan Kərim mənimlə yaxşı rəftar etmədiyi və ailəsinə baxmadığı üçün, həmçinin əvvəlki nikahdan olan oğlanları ilə yola getmədiyim üçün 2024-cü ilin aprel ayında ayrıldıq. Təxminən 3-4 ay əvvəl Kərim mənə zəng edərək barışmaq istədiyini bildirdi. Mən isə Kərimin təklifini rədd edərək barışmaq istəmədiyimi bildirdim”. 
Zərərçəkmiş qeyd edib ki, noyabrın 11-də, gecə saat 2 radələrində azyaşlı oğlu ilə yaşadığı evin qonaq otağında olan zaman kimsə otağın pəncərəsini döyüb: “Mən pəncərəni döyən şəxsin kim olduğunu soruşsam da, həmin şəxs səsini çıxarmadığı üçün qapını açaraq bayıra çıxdım. Bu zaman gələn şəxsin keçmiş qeyri-rəsmi nikahda olduğum Kərim olduğunu gördüm. Kərimdən nə istədiyini, nə üçün gecə vaxtı bizi narahat etdiyini soruşdum. Bu zaman Kərim uca səslə evdə kim olduğunu soruşaraq, kişi səsi eşitdiyini bildirdi və mübahisə etməyə başladı. Azyaşlı oğlum Kərimə həyəti tərk etməsini, evdə heç kimin olmadığını bildirsə də, Kərim getməkdən imtina etdi və həyətdə olan taxta parçalarından birini götürərək üzərimə hücum çəkdi. Kərim taxta parçasını mənə qaldırarkən əlimi qabağa verdim və taxta parçası sağ qolumu tutdu. Həmin vaxt zərbənin təsirindən yerə yıxıldım və ucadan qışqıraraq kömək istədim. Həmin vaxt Kərim əlindəki taxta parçasını evin qarşısına ataraq qaçdı. Sonra qonşuluqda yaşayan anama zəng edərək onu çağırdım. Anam gəldikdən sonra Kərimin məni döyməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdim”. 
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə göstərilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətçi deyil. 
Bu səbəbdən Kərimin barəsində olan cinayət işinə xitam verilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, Kərim cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see361

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see283

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see258

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see244

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see243

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see240

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see237

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see232

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see230

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see227

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see225

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see220

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see210

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see192

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see190

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see185

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see183

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see175

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see170

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri