Sürücü qayda pozdu, üstəlik dayanmış motosikletə güzgü atdı VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bəzi sürücülər motosiklet və mopedlərə əhəmiyyət vermədən hərəkət edirlər. Xüsusilə onlar avtomobili motosiklet və mopedlərlə yan-yana sürərək təhlükəli vəziyyət yaradırlar, hətta qəzaya səbəb olurlar.
Qeyd etdiyimiz halla bağlı paytaxtın Binəqədi rayonunda qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 10-dal saat 20:22 radələrində qeydə alınıb. Belə ki, 77-DV-513 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü ondan öndə dayanmış motosikletin güzgüsünə toxunub. Bu zaman motosikletin sürücüsü öncə siqnal verib, daha sonra “Prius”a yaxınlaşaraq “Güzgü atırsan” - deyə, iradını bildirib. Sürücü isə gülərək “Hələ biraz da sağda dayansaydın mən getmişdim” deyərək cavab verib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, yalnız iki motosiklet, yaxud moped eyni zolaqda yan-yana hərəkət edə bilər. Lakin bu hal digər nəqliyyat vasitələri üçün keçərli deyil.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















