Icma.az
close
up
RU
Maşın almaq istəyənlər mütləq oxusun: ciddi risk var Diqqət

Maşın almaq istəyənlər mütləq oxusun: ciddi risk var Diqqət

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son vaxtlar Çindən Azərbaycana gətirilən ucuz avtomobillərin sayı artıb. Bildirilir ki, sözügedən maşınların qiyməti təxminən 10-13 min dollar civarındadır və bu da alıcıların diqqətini çəkir. Mütəxəssislər belə avtomobillərin keyfiyyətinin ciddi sual altında olduğunu vurğulayırlar.

Çin maşınları niyə bu qədər ucuzdur? Reallıq nədir?

Globalinfo.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri Eyyub Əliyev deyib ki, maşın alarkən ilk növbədə onun zəmanətinə, ehtiyat hissələrinin mövcudluğuna və dözümlülüyünə diqqət etmək lazımdır:

“Ölkəmizə gətirilən bəzi avtomobillər sıfır kilometrajla gəlməsinə baxmayaraq, əslində Çində artıq ikinci əl nəqliyyat vasitəsi kimi qeydiyyatdan çıxarılmış olur. Bu da müəyyən risklər yaradır. Beynəlxalq təcrübədə istehsalçılar müəyyən seriyada zavod qüsuru aşkar etdikdə həmin partiyadakı avtomobilləri geri çağırır: ya yenisi ilə əvəz edir, ya da pulsuz təmir edir. Bu praktika ölkəmizdə satılan Yaponiya, Koreya və Çin avtomobillərində də tətbiq olunub. Geri çağırılma hallarında adətən istehsalçı müştərini dəvət etməli, avtomobil ya yenisi ilə əvəzlənməli, ya da istehsalçı zavoda geri göndərilməli, yaxud yerli servis mərkəzində qüsur aradan qaldırılmalıdır. Əgər nasazlıq yerli servisdə aradan qaldırıla bilirsə, bu zaman istehsalçı şirkətin hesabına qüsurlu detal pulsuz dəyişdirilir və avtomobil sahibinə təhvil verilir”.

Eyyub Əliyev

Ekspert qeyd edib ki, hazırda ölkəmizə kütləvi şəkildə gətirilən bu avtomobillərlə bağlı ciddi narahatlıq var:

“Gələcəkdə həmin maşınlarda istehsal qüsuru aşkarlansa və onların geri çağırılması elan olunsa, böyük ehtimalla həmin avtomobilləri alan azərbaycanlı alıcıların heç biri bu barədə məlumatlandırılmayacaq. Bu isə həm sürücülər, həm də ümumilikdə yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. AADA-nın məqsədi rəsmi dilerlərin maraqlarını qorumaqdır, lakin əsas məsələ vətəndaşların təhlükəsizliyidir. Bu məsələdə yollardakı təhlükəsizliyi biznes maraqlarından öndə tuturuq”.

Eyyub Əliyev bildirib ki, digər mühüm məsələ ehtiyat hissələrinin təminatıdır:

“Əksər aztəminatlı vətəndaşlar zəmanətsiz avtomobillər alır, buna görə kredit götürür, lakin qısa müddət sonra mühərrik sıradan çıxır və ya hansısa problem yaranır. Zəmanət olmadığından və ehtiyat hissələri tapılmadığından vətəndaş 5-6 min manatlıq mühərrik dəyişmə xərci ilə üzləşir və nəticədə həm işi dayanır, həm də kreditini ödəyə bilmir. Belə halların qarşısını almaq üçün Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobil kreditləşməsi sisteminə yenidən baxmalıdır. Hazırda elektrik və hibrid avtomobillərdə ilkin ödənişin aşağı olması müsbət haldır, lakin daxili yanma mühərrikli avtomobillər üçün də bu yanaşma tətbiq edilsə, daha məqsədə uyğun olar. Eyni zamanda lizinq mexanizmi peşəkar səviyyədə yenidən işlənib tətbiq edilsə, vətəndaşlar daha çox zəmanətli və etibarlı avtomobillər almağa üstünlük verərdi”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri