Icma.az
close
up
RU
Təzə maşın almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUN Ən sərfəli qiymətə...

Təzə maşın almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUN Ən sərfəli qiymətə...

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

2018-ci ildən bu il oktyabrın 1-nə Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb. Təkcə 2024-ün yanvar-sentyabr aylarında isə Hacıqabul Sənaye Parkından 53,86 milyon manatlıq 1 901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsindən isə 25,9 milyon manatlıq 1 072 ədəd avtomobil realizə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil satışı təqribən 60% artıb. Sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Görəsən, yerli yığım avtomobillər yaxın gələcəkdə bu uğurlu tendensiyanı davam etdirə biləcəkmi? Bu proses bazarda hansısa markaların satışına təsir edə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, zaman keçdikcə yerli yığım avtomobillərin çatışmazlıqları aradan qaldırılır və daha da mükəmməlləşdirilir:

“Azərbaycanda yaradılmış və avtomobili yığımı ilə məşğul olan sənayə zonaları uzunmüddətli perspektivdə nəzərdə tutulub. Ona görə də bu zavodların istehsal davamlılığı uzun sürəcək. Digər tərəfdən, həmin avtomobillərin keyfiyyətindən danışsaq, əlbəttə, ilk vaxtlar hansısa nöqsan və çatışmazlıqlar olsa da, bunları tənqid atəşinə tutmaq lazım deyil. Əksinə, bu addımı alqışlamaq lazımdır.

Sözsüz, istənilən işi quranda və layihəni quranda ilk öncə hansısa texniki qüsurlar ortaya çıxa bilir. Amma zamanla bu nöqsanlar aradan qaldırılır. Bu təkcə avtomobil industriyasında deyil, istənilən sahədə var”.

Eyyub Əliyev qeyd edib ki, yerli istehsal maşınlar hansısa markaların bazarına ciddi təsir etmir:

“Onların yığılması avtomobil bazarında hansısa xarici markaların və idxal olunan nəqliyyat vasitələrinin satışına hansısa mənfi təsir etməyəcək. Mən həmişə qeyd etmişəm ki, bu avtomobillər hansısa digər markaların bazar payına çox kiçik bir faiz təsir edə bilər. Amma nəzərə alsaq ki, hazırda taksi parkımız yenilənir və yeni avtomobillərin istifadəsinə ehtiyac olur, o zaman yerli yığım maşınlar bu prosesdə mühüm rol oynayır.

Qarşıda bizi böyük utilizasiya prosesi gözləyir və bu avtomobillərin vacibliyi diqqət mərkəzinə çəkiləcək. Utilizasiya zamanı yerli yığım avtomobillər maksimum varinat olacaq. Ona görə də biz maksimum dərəcə yerli istehsalın əhəmiyyətinə bu tərəfdən baxmalıyıq”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Noyabr 2024 04:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see174

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see173

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see170

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see152

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see149

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see148

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see137

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see134

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see134

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see128

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see126

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri