Icma.az
close
up
RU
Maşın bazarıda niyə alıcı yoxdur? Səbəb bilindi

Maşın bazarıda niyə alıcı yoxdur? Səbəb bilindi

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda maşın bazarına gedənlərin sayı azalıb. Artıq maşın bazarında alıcılıq qabiliyyəti xeyli düşüb. Bazara həm maşını satmaq, həm də almaq üçün gedənlərin sayında azalma müşahidə olunur.

Əvvəl buna səbəb kimi ölkəyə Çin avtomobillərinin gətirilməsi göstərilirdi. Maşın gətirtməyin çoxları üçün əlçatan olması da maşın bazarındakı alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb idi. Lakin, alıcıları bazardan "qaçıran" amil Çin avtomobilləri yox, sosial şəbəkələrdəki şirnikləndirici saxta elanlardır.

Belə ki, "əlimyandı", "cekpot" və başqa bu tərzdə sosial şəbəkə səhifələrində paylaşılan elanlar alıcıları maşın bazarından xeyli "soyudub". Real bazar qiymətindən 6-7 min manat aşağı qiymətə satışa çıxarılan bu maşınlar rəqəm manipulyasiyasından başqa bir şey deyil.

Belə ticarət obyektlərində, alıcı və satıcıların əksəriyyəti alver məqsədilə iştirak etdiyindən, avtomobillər bəzən həddindən artıq şişirdilmiş təqdimatlarla satışa çıxarılır. Gecə saatlarında daha münasib qiymətə satışa çıxarılan bəzi nəqliyyat vasitələrinə isə alıcıların ətraflı baxış keçirməyə imkanı belə olmur. Bu zaman alıcı düşünür ki, o, avtomobili texniki baxışa aparana qədər başqası onu ala bilər. Bu təlaşdan istifadə edən satıcılar isə avtomobillərini daha yüksək qiymətə təqdim etməyə nail olurlar.

Əgər bir avtomobil real bazar qiymətindən xeyli ucuz təklif olunursa, bu, ilk növbədə alıcının diqqətini çəkməli və müəyyən suallar doğurmalıdır. Çünki aşağı qiymət sevindirici fürsət kimi görünsə də, əslində bir sıra problemlərin başlanğıcı ola bilər. Belə hallarda tələskənliklə verilən qərarlar alıcını həm maddi, həm də hüquqi çətinliklərlə üz-üzə qoya bilər. Buna görə də avtomobil alarkən yalnız qiymətə deyil, onun arxasında gizlənən risklərə də diqqət yetirmək son dərəcə vacibdir. Gecə saatlarında yaranan "şans" sabah həyatınızı çətinləşdirə bilər.

Bəzi satıcılar avtomobili satışa çıxarmazdan əvvəl ona kosmetik baxım edərək, xırda texniki nasazlıqları gizlədərək avtomobili qısa müddətlik "sağlam" vəziyyətdə təqdim edirlər. Alıcı isə bir neçə metrlik sınaq gedişindən sonra hər şeyin qaydasında olduğunu düşünə bilər. Lakin bir neçə gündən sonra ortaya çıxan mühərrik, sürətlər qutusu və ya elektron sistemlərlə bağlı problemlər artıq alıcının məsuliyyətinə çevrilir. Çox vaxt bu cür hallarda satıcı ilə sonradan əlaqə qurmaq da mümkün olmur, çünki bu tip satışlar əsasən qeyri-rəsmi şəkildə həyata keçirilir.

Unutmaq olmaz ki, bir avtomobili ucuz qiymətə satmağa çalışan şəxs əksər hallarda ondan tez bir zamanda qurtulmaq istəyir. Əgər bir avtomobil dəyərindən xeyli aşağı qiymətə təqdim olunursa, çox güman ki, onun texniki və ya hüquqi problemi var. Odur ki, avtomobil almaq qərarını tələskənliklə deyil, araşdırma, müqayisə və dəqiq düşüncə ilə vermək lazımdır.

İslam
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 İyun 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri