Icma.az
close
up
RU
Maşın bazarında niyə alıcı yoxdur? SƏBƏB

Maşın bazarında niyə alıcı yoxdur? SƏBƏB

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Hazırda Azərbaycan avtomobil bazarında müşahidə olunan vəziyyət bir neçə əsas iqtisadi və struktur faktorun təsiri altında formalaşır. 2026-cı ilin fevralına olan ümumi mənzərə bazarın transformasiya və adaptasiya mərhələsində olduğunu göstərir.

Avtomobil alqı-satqısı ilə məşğul olan Orxan Rüstəmov Milli.Az-a bildirib ki, ilk növbədə, gömrük və vergi siyasətində baş verən dəyişikliklər bazara birbaşa təsir edib.

"2026-cı il yanvarın 1-dən etibarən gömrük rüsumları və ƏDV üzrə tətbiq olunan güzəştlərin ləğv edilməsi avtomobil idxalında nəzərəçarpacaq azalmaya səbəb olub. Əvvəlki dövrlərdə müşahidə olunan yüksək idxal tempi zəifləyib, idxalçılar və dilerlər isə yeni şərtlərə uyğunlaşma mərhələsinə keçiblər. Bu da bazara mənfi təsir edib. Bazarda demək olar ki, avtomobil alan yoxdur.

Qiymət dinamikası da bazarın hazırkı vəziyyətinin əsas xüsusiyyətlərindəndir. Gömrük xərclərinin artması və fiskal yükün yüksəlməsi xüsusilə nisbətən ucuz avtomobillərin qiymətlərinə təsir göstərib. 30 000 manatadək olan avtomobillərdə orta hesabla 1 500-3 000 manat civarında bahalaşma müşahidə olunur. Bu artım həm yeni avtomobillərdə, həm də dolayı yolla ikinci əl bazarında hiss edilir".

İqtisadçı ekspert Rüfət Hüseynli bildirib ki, yeni avtomobillərin idxalında azalma alıcı davranışında da dəyişiklik yaradıb.

"Bazarda təklifin məhdudlaşması fonunda istehlakçılar daha çox ikinci əl avtomobillərə yönəlməyə başlayıblar. Nəticədə ikinci əl bazarında aktivlik artıb və bir çox modellərdə qiymətlərin 10-15 % civarında yüksəlməsi qeydə alınır. Likvidliyi yüksək, yəni tez satılan avtomobillərə tələbat daha güclü olaraq qalır. Model və marka seçimi baxımından bazarda son illərin əsas trendi Çin istehsalı avtomobillərin artan payıdır. Xüsusilə hibrid texnologiyalı modellər alıcılar arasında populyarlıq qazanıb. BYD, Changan, Geely, Chery kimi markalar bazarda geniş yayılıb və qiymət-təchizat nisbəti baxımından rəqabət üstünlüyü əldə ediblər. Bununla yanaşı, Toyota və Hyundai kimi ənənəvi markalar etibarlılıq və dəyərini qoruma xüsusiyyətlərinə görə sabit tələbatı saxlayır".

İqtisadçı qeyd edib ki, alıcılıq davranışında əsas prioritetlərə nəzər saldıqda, istehlakçıların daha çox yanacaq səmərəliliyi, texniki etibarlılıq və servis əlçatanlığı kimi meyarlara üstünlük verdiyi görünür.

"Qiymət artımları və iqtisadi qeyri-müəyyənlik fonunda alıcılar riskləri minimuma endirməyə çalışır, bu da orta büdcəli və praktik modellərə marağı artırır. Ümumilikdə, Azərbaycan avtomobil bazarı 2026-cı ildə sabit, lakin əvvəlki illərlə müqayisədə daha ehtiyatlı və seçici dinamikaya malikdir. İdxal həcmlərindəki dəyişikliklər, qiymət artımları və tələbat strukturunun yenidən formalaşması bazarın hələ də adaptasiya mərhələsində olduğunu göstərir. Mövcud tendensiyalar bazarın yaxın dövrdə kəskin sıçrayışdan çox, tədrici sabitləşmə ssenarisi üzrə inkişaf edəcəyinə işarə edir",- deyə o qeyd edib. 

Ayxan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Fevral 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri